Daşınmaz əmlakın icbari sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun Xüsusi bölməsinin 2-ci fəslində nəzərdə tutulub. İcbari sığorta daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Bəs daşınmaz əmlak sığorta olunmadıqda dəymiş zərərə görə kim məsuliyyət daşıyır? ONN media bildirir ki, mövzu ilə bağlı əmlak eksperti Nüsrət İbrahimov açıqlamasında deyib ki, daşınmaz əmlaklar mütləq sığortalanmalıdır. Hər hansı təbii fəlakət zamanı əmlak sığorta olunubsa, dəymiş zərər ödənilir. Əgər əmlak sığorta olunmayıbsa, məsuliyyət şəxsin özündədir. Əmlak sahibi öz mülkiyyətini işlədirsə, təbii ki, məsuliyyət özündədir. Ekspert qeyd edib ki, icarəyə götürən şəxlə icarəyə verən şəxs arasında müqavilə şərtlərində sığortanı kimin etdiyi və hər hansı təbii fəlakət zamanı məsuliyyəti kimin daşıdığı qeyd olunmalıdır. Müqavilə şərtlərinə uyğun olaraq da tərəflər məsuliyyət daşıyır. Vəkil Xəyal Bəşirov isə açıqlamasında deyib ki, daşınmaz əmlakla bağlı icbari sığorta yoxdursa, şəxs könüllü şəkildə öz əmlakını sığortalayıbsa, o zaman sığorta ödənişi alacaq. Əgər əmlakını sığortamayıbsa, hər hansı təbii fəlakət baş verərsə, dəymiş zərəri özü ödəməlidir. Vəkil bildirib ki, ölkədəki böyük ticarət mərkəzləri, qeyri-yaşayış obyektləri sahibləri bu işdə daha maraqlı olmalıdırlar. Onlar ayrı-ayrılıqda öz sahibləri ilə, mağazanı icarəyə götürən şəxslərlə müqavilə bağlayırlarsa, mütləq icarə müqaviləsinə daşınmaz əmlakın sığortası ilə yanaşı oradakı malların da sığortasını daxil etməlidirlər.
Daşınmaz əmlak sığortalanmayıbsa, dəymiş zərərə görə MƏSULİYYƏT....



Sənədsiz evlər necə sığortalanır?
Mənzillərini sığortalamayanları nə gözləyir?
Mənzilə görə 30 manat cərimə olunacaqsınız!
Gecə klubundakı partlayışda dəyən ziyanı kim ödəyəcək?
Yasamalda baş verən hadisədə zərərçəkənlərin NƏZƏRİNƏ
“Zavodda 6 aylıq yağ ehtiyatı yanıb, zərər 10 milyonlarla ölçülür”
Bu halda cərimələnməyəcəksiniz - Sürücülərə ŞAD XƏBƏR
Türkiyədə vətəndaşlıq almaq üçün daşınmaz əmlakın məbləği artırılıb
Ev almaq istəyənlərə şad xəbər
Dövlət Komitəsinin kollegiyasının yeni tərkibi təsdiq edilib
Azərbaycanda həkim səhlənkarlığına görə xəstəyə dəymiş zərər ödəniləcək – RƏSMİ
Bakıda mənzilin və torpağın qiyməti artdı
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 