Yol qəzalarında ölüm və xəsarət hallarını minimuma endirmək üçün Avropa Komissiyası avtomobillərdə sürət məhdudlaşdırıcı texnologiyanın quraşdırılmasını nəzərdə tutan təkliflər hazırlayıb. Avropa Şurası təklifləri qəbul etsə, o zaman Avropa İttifaqına daxil olan ölkələrdə aşağı sürətli avtomobillər istehsal ediləcək. Ölkəmizə Avropadan xeyli avtomobilin idxal edildiyini nəzərə alsaq, bizim yollarda da belə avtomobilləri bir neçə ildən sonra görə biləcəyik. ONN media xəbər verir ki, Avropa Komissiyasının məlumatına əsasən, hər il yol qəzalarında 25 min insan dünyasını dəyişir. Avropa Nəqliyyat Təhlükəsizliyi Şurası bu tədbirlər nəticəsində 2038-ci ilədək ağır xəsarətlə nəticələnən 140 min qəzanın qarşısının alınacağını bəyan edib. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov qeyd edib ki, sürətin məhdudlaşdırılması bir neçə formada həyata keçiriləcək. Ekspertin sözlərinə görə, bu variant daha çox istifadədə olan avtomobillərdə sonradan quraşdırıla bilər. Amma qərarın qüvvəyən minməsindən sonra aşağı sürətli avtomobillərin istehsalı gündəmə gələ bilər. Ərşad Hüseynov deyir ki, qərarın qəbul olunacağı təqdirdə bir müddətdən sonra ölkəmizdə də aşağı sürətli avtomobillərə rast gəlmək mümkün olacaq. Avropa Şurası və Avropa Parlamentinin yeni sistemi təsdiq etməsi prosesinin bir neçə ay davam edəcəyi qeyd olunur. https://www.youtube.com/watch?v=NtHimj6iZls
Bu avtomobillərdə sürət məhdudiyyəti olacaq - VİDEO



Ukrayna UĞURUN ASTANASINDA: önəmli sənəd Zelenskiyə TƏQDİM EDİLDİ
Yaqland: Rusiya olmadan Avropa silkələnəcək
Avropa İttifaqından peyvəndlə bağlı QADAĞA
Zelenskidən AB-yə üzvlüklə bağlı açıqlama
DYP-dən gizli radarlarla bağlı xəbərlərə CAVAB
ÜST yenə çağırış etdi- MASKA TAXIN!
AŞPA prezidentinin Azərbaycana səfəri başladı
Türkiyədə ölüm cəzası bərpa ediləcək?
Avropadan Azərbaycana gələn turistlərin sayı artıb: Səbəb nədir?
YENİ HİYLƏ: İşlənmiş maşın alarkən diqqətli olun - VİDEO
Qeydiyyata alınmış namizədlərin sayı nə qədərdir?
Bu minik avtomobillərinə görə aksiz dərəcələri artırılır - SİYAHI
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 