Xaricdən gətirilən işlənmiş avtomobillərin bəzilərinin səsboğucu sistemində ''katalizator'' olmur. Bu da ətraf mühitin təmizliyi və ekoloji baxımdan olduqca ziyanlıdır. Ustalar deyirlər ki, bəzi işbazlar xaricdə ''katalizator''u içindəki qiymətli metala görə çıxarıb satırlar. Bəs "Avro-4" standartının tətbiq edildiyi ölkəmizə bu avtomobillər necə keçirilir? Sualmıza gömrük komitəsindən də cavab almışıq. ONN media xəbər verir ki, Gülməmməd Gülməmmədov avtomobilini Gürcüstandan işlənmiş maşın kimi alıb ölkəyə gətirib. Amma bir müddət sürdükdən sonra avtomobilin gücündə müəyyən problemlər ortaya çıxıb. Ustaya apardıqda isə məlum olub ki, avtomobilin katalizatoru çıxarılıb.. Usta Sahil Ağabəyli deyir ki, son vaxtlar avtomobillərdə belə hallara tez-tez rast gəlinir. Hətta Gürcüstandan gətirilən avtomobillərdə bu hal 20-30 faiz ətrafında olur. Usta deyir ki, bu sistemin çıxarılmasında əsas səbəb həmin qurğuda təxminən 1 kiloqrama yaxın platin metalının olmasıdır. Bir çox sürücü və ya işbaz onu çıxarıb 1000-2000 manata satır. Katalizatorun olmaması əsasən ekologiyaya mənfi təsir edir. Çünki bu qurğu olmadıqda avtomobil ətrafa kəskin qoxu və qara tüstü buraxır. Ustanın sözlərinə görə, avtomobillərdə ''katalizator'' səsboğucunun bir neçə hissəsində yerləşir. Mühərrik işlək olan zaman işlənmiş qazlar ''katalizator''da yandıqdan sonra atmosferə buraxılır. Amma ''katalizator'' olmadıqda həmin qazlar birbaşa ətrafa yayılır. 2014-cü il, 1 aprel tarixindən Azərbaycana idxal edilən avtomobillərin "Avro-4" standartına cavab verib-vermədiyi yoxlanır. Onda belə bir sual yaranır: xaricdən gətirilən işlənmiş avtomobillər gömrük-keçid məntəqlərində necə yoxlanır? Və ya "katalizator"u olmayan nəqliyyat vasitələrinin Gömrük rəsmiləşməsi necə həyata keçirilir? Dövlət Gömrük Komitəsindən ''Xəzər Xəbər''ə verilən açıqlamada bu suala konkret cavab verilməsə də, bildirildi ki, avtonəqliyyat vasitəsinin "Avro-4" ekoloji normalara uyğunluğu nəqliyyat vasitəsinin ''VİN'' kodu ilə nəqliyyat vasitəsinin eyniləşdirmə nömrəsi vasitəsilə bazadan təyin edili. Bu baxımdan ekoloji normalara cavab verən nəqliyyat vasitələrində katalizator sisteminin işlək olması vacibdir. https://youtu.be/8Nt-IQugAAA
YENİ HİYLƏ: İşlənmiş maşın alarkən diqqətli olun - VİDEO



DİQQƏT- Bu sürücülər cərimələnə bilər
Dubayda suda qalmış avtomobillər ölkəyə gətirilə bilər?
Maşın almaq istəyənlərə ŞAD XƏBƏR
Sürücülərin NƏZƏRİNƏ: yanacaqdoldurma məntəqələrində DİQQƏTLİ OLUN!
Bu avtomobillərdə sürət məhdudiyyəti olacaq - VİDEO
İcra Hakimiyyətindən 250 minlik “Mercedes”lə bağlı AÇIQLAMA
Usta təmir etdiyi maşınla radara düşdü - Cəriməni kim ödəsin? - VİDEO
Aİ-95 markalı benzinlə bağlı YENİLİK
Yol polisi tədbirlər görəcək – Böyük məbləğli cərimə gəlir
Xaricdən avtomobil gətirənlərə pis xəbər
Maşın almaq istəyənlərə PİS XƏBƏR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 