Azərbaycan Mərkəzi Bankı (AMB) ödəniş sistemi infrastrukturunda tətbiq olunmaq üçün “QR Code” standartları hazırlayıb.
ONN media xəbər verir ki, bu standartlar iki kateqoriya üzrə hazırlanıb.
Onlardan birincisi “Azərbaycan üzrə fiziki şəxslər üçün nəzərdə tutulmuş QR Code standartı”, ikincisi isə “Azərbaycan üzrə təsərrüfat subyektləri üçün nəzərdə tutulmuş QR Code standartı”dır:
“2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın əsas hədəflərindən biri də kiçik təsərrüfat subyektlərinə nağdsız ödənişlərin qəbul edilməsi imkanı verən QR Code kimi ucuz ödəniş üsullarının təqdim edilməsindən ibarətdir. Milli Ödəniş Sistemi infrastrukturuna inteqrasiya olunmuş bankların və digər xidmət təchizatçılarının bu istiqamətdə fəaliyyətinin tənzimlənməsi üçün qeyd olunan standartların yaradılması zəruridir", - AMB-nin açıqlamasında deyilir.
Açıqlamaya görə, “QR Code” standartlarından banklar, milli poçt operatoru, ödəniş xidməti təchizatçıları, kart prosessinq mərkəzləri, nəzarət-kassa aparatlarının operatorları, kütləvi xidmət müəssisələri istifadə edə bilərlər.
Təqdim olunan QR Code standartları hazırlanarkən beynəlxalq təcrübədə geniş tətbiq olunan “EMV® QR Code” Standartından istifadə olunub. Qeyd olunan mənbənin tövsiyələri nəzərə alınmaqla fiziki şəxslər və təsərrüfat subyektləri üzrə standartlar ayrı sənəd şəklində hazırlanıb.
Fiziki şəxslər üçün nəzərdə tutulan standart əsasında yaradılan “QR Code” müştərinin mobil cihazında yaradılmaqla cihazın ekranında nümayiş etdirilməli və qarşı tərəfin (fiziki şəxs və ya təsərrüfat subyekti) həmin kodu QR Code oxuducusu ilə oxutması əsasında ödəniş tranzaksiyası inisiasiya edilməlidir.
Təsərrüfat subyektləri üçün nəzərdə tutulan standart əsasında yaradılan “QR Code” təsərrüfat subyektinin qurğusunun (kassa aparatı, mobil tətbiq, terminal və s.) ekranında və ya statik formada xüsusi lövhədə nümayiş etdirilməli və müştərinin mobil cihazı vasitəsi ilə həmin kodun oxudulması əsasında ödəniş tranzaksiyası inisiasiya edilməlidir.(report)
Yeni nəsil kassa aparatlarının tətbiqi üçün standartlar hazırlandı



Bankların birgə bankomat şəbəkəsi istifadəyə verildi
Mərkəzi Bank Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödənişlərin istifadəsinin genişləndirilməsi istiqamətində tədbirlərə start vermişdir
ŞAD XƏBƏR: Kartlarda saxlanılan pensiya və maaşların üzərinə faiz gələcək
BNA “Hökumət Ödəniş Portalı”na inteqrasiya olundu
Kart vasitəsilə əməliyyatların aparılması qaydalarına dəyişiklik edildi
Mərkəzi Bank keçirtdiyi müsabiqənin qaliblərini mükafatlandırdı
Nağdsız ödənişlərin genişləndirilməsi üçün QƏRAR
DİQQƏT- 7 min cərimələnə bilərsiniz
“AQROLİZİNQ” ASC ödənişlərin qəbulunda yenilik edib
DİQQƏT- Bu şəxslərə güzəştlər ola bilər
Azərbaycanda bu nömrələr işləməyəcək
Daha 7 marşrut üzrə avtobuslar kart sisteminə keçir - SİYAHI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 