Kart vasitəsilə əməliyyatların aparılması qaydalarına dəyişiklik edilib.
ONN media bildirir ki, bu, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nda dəyişiklik edilməsi barədə qərarında əksini tapıb.
Dəyişikliyə əsasən, emitent və (və ya) ekvayer tərəfindən daha aşağı limit müəyyən edilmədikdə bankomat, POS-terminal və digər ödəniş terminalları vasitəsilə 100 (yüz) manat və ondan yuxarı məbləğdə həyata keçirilən nağdsız əməliyyatlar PİN-kodun daxil edilməsi və ya emitent tərəfindən kart istifadəçisinin müəyyən edilməsi üçün tətbiq edilən digər üsulların istifadə edilməsi ilə aparılacaq.
İndiyə qədər bu məbləğ 50 manat idi.
Qeyd edək ki, bu dəyişiklik Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”na uyğun olaraq innovativ ödəniş həllərini özündə ehtiva edən rəqəmsal ekosistemin yaradılması istiqamətində görülən işlərin davamı olaraq ödəniş kartları ilə əməliyyatlarda təmassız ödənişlərin daha da genişləndirilməsi məqsədilə edilib.
Qərar 13 avqust 20120-ci il tarixindən qüvvəyə minib.



Ödəniş kartlarından istifadə qaydalarında dəyişiklik
Nağdsız ödənişlərin genişləndirilməsi üçün QƏRAR
Parklanma qaydaları ilə bağlı YENİLİK
DİQQƏT- 7 min cərimələnə bilərsiniz
Mərkəzi Bank keçirtdiyi müsabiqənin qaliblərini mükafatlandırdı
BakıKart sistemində dəyişiklik edildi
Elektromobil sahiblərinin NƏZƏRİNƏ
Bankomatlarda koronavirus təhlükəsi: toxunduqda... - CİDDİ XƏBƏRDARLIQ
Yeni nəsil kassa aparatlarının tətbiqi üçün standartlar hazırlandı
Şəhid və qazi ailələrinə “YAŞAT kart” veriləcək
BNA “Hökumət Ödəniş Portalı”na inteqrasiya olundu
Azərbaycanda xəstəxanalarda YENİLİK
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 