Bakıdakı 123 nömrəli tam orta məktəb şagirdin ölüm hadisəsi ilə bağlı açıqlama verib. ONN media xəbər verir ki, məktəbdən "Report"a daxil olan açıqlamada qeyd olunur ki, bu il fevralın 21-də təxminən saat 12:00 radələrində məktəbin stadionunda futbol oynayan XI b sinif şagirdi Lətifov İlkin Mehman oğlu yıxılıb. Bir qədər sonra özünü pis hiss etdiyini bildirən şagird sinif yoldaşlarının köməyi ilə məktəbin tədris binasına gətirilib. Məktəbdə tibb bacısının müayinəsindən sonra dərhal təcili tibbi yardım çağırılıb və şagird qapalı kəllə-beyin travması diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Şagirdin daxili orqanlarında qanaxma olması və əməliyyat olunacağı barədə məlumat dərhal valideynlərinə verilib. Məktəb kollektivi tərəfindən şagirdin ailəsinə maddi yardım da göstərilib. Martın 15-də şagirdin vəfat etdiyi barədə məlumat verilib. Ölüm xəbərindən sonra isə mərhumun sinif yoldaşları ilə zarafatlaşarkən xəsarət aldığı məlum olub. Nəticədə məktəbin 2 nəfər şagirdi şübhəli qismində nəzarətə götürülüb. Məktəb rəhbərliyi şagirdin ailə üzvlərinə başsağlığı verib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır.(publika)
Bakının daha bir məktəbində FACİƏ - XI sinif ŞAGİRDİ ÖLDÜ, ikisi isə...



Nazir daha bir direktoru işdən qovdu- SƏBƏB?
Bakıda şagird məktəbin 2-ci mərtəbəsindən özünü atdı
6 -cı sinif şagirdi məktəbdə yaralandı - VƏZİYYƏTİ...
Məktəbin 2-ci mərtəbəsindən tullanan şagirdin vəziyyəti necədir?
Bakıda məktəbli qız müəmmalı şəkildə VƏFAT ETDİ
2-ci sinif şagirdi parta arxasında keçinib
Şagirdi döyən müəllimin izahatı alındı, töhmət verildi - RƏSMİ CAVAB
Şagirdi döyülən məktəb direktoru ilə bağlı xəbər var
Bakı məktəbində şagird faciəvi şəkildə öldü
Özünü 3-cü mərtəbədən atan şagirdə bağlı YENİ XƏBƏR
Özünü məktəb binasından atan şagird öldü
Sinif yoldaşını bıçaqlayan qız məktəbə gəldi - ŞOK
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 