Moskvada “Jara MusicAwards” mükafatının təqdimat mərasiminin keçirilməsi ilə əlaqədar Dövlət Dumasının deputatı Dmitri Savelyevin rəhbərlik etdiyi Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun jurnalistləri sorğu keçiriblər: festivalda rusiyalıları cəlb edən nədir və onlar bu il Bakıya getməyi planlaşdırırlarmı? ONN media Parlamentlərarası Dostluq Qrupunun mətbuat xidmətinə istinadla xəbər verir ki, “Jara” festivalının hələ çox da böyük olmayan, lakin artıq şöhrət qazanmış tarixçəsi var. İldə cəmi üç dəfə keçirilən festival bu gün postsovet məkanında pop-musiqi üzrə ən böyük tədbirlərdən birinə çevrilib. Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu rusiyalılar arasında daha bir sorğu keçirib və müəyyən edib ki, birincisi, Bakıya yollanan turistlərin əksəriyyəti üçün “Jara” əsl cəlbedici amil olub. İkincisi, ötən il sorğuda iştirak edənlər də daxil olmaqla, onların bir çoxu yenidən “Jara”ya getməyə hazırlaşırlar. Sankt-Peterburqlu tələbə Tatyana deyib: “Sadəcə dostlarımızla birlikdə olmaq çox xoşumuza gəldi. Bilirsinizmi, Piterdə hər şey yaxşıdır, amma günəşi az görürük. İndi bahardır, biz artıq ona ehtiyac duyuruq. Bu səbəbdən sessiyalara hazırlaşırıq və hər gün təsəlli tapırıq ki, planlaşdırdığımız kimi, iyulda bizi “Jara” gözləyir. Dəniz, günəş, gözəl şəhər, rəqslər – bir sözlə, biz bu il hər şeyin ötənilkindən pis olmayacağına inanırıq”. Bəziləri konkret ifaçıdan – Qlükoza, Dima Bilan, Ani Lorak və bir qayda olaraq çoxdandır konsertlər verməyən Zemfiranı görmək üçün gedirlər. Yeri gəlmişkən, Emin Ağalarov sonuncu müğənni ilə danışıqlar aparıb ki, o, “Jara” üçün istisna edərək səhnəyə çıxsın. Daha bir tələbə - həştərxanlı Matvey jurnalistlərə deyib: “Əgər Zemfira çıxış edərsə, biz bu il mütləq oraya gedəcəyik. Bakı bizə yaxındır, qız rəfiqəmlə bir neçə dəfə orada olmuşuq. O, Zemfiranın konsertində olub, mahnıları xoşuma gəlsə də, bu mənə qismət olmayıb. Əgər şans olarsa, nədən ondan istifadə etməyim. Həm də bizim hər ikimiz Azərbaycanı çox sevirik, bütövlükdə bu ölkəni görmək istəyirik. Yəni, bütün bunları bir araya gətirmək və zövq almaq üçün əla səbəb olacaq”. Konsertlə səyahəti bir araya gətirmək məsələsinə gəldikdə, cavab çox nümunəvidir. Ümumilikdə sorğular, o cümlədən sosial şəbəkələrdə yer alan rəylər göstərir ki, ötən il olduğu kimi rusiyalılar təkcə “Jara” üçün gəlmirlər. Təbiətin gözəlliyi və tarixi abidələr, arxitektura və milli mətbəx insanlar üçün pop-musiqi ulduzlarının konsertləri qədər maraqlıdır. Dostluq Qrupu mətbuat xidmətinin rəhbəri Nataliya Krasovskayanın sözlərinə görə, indi rusiyalıların Azərbaycan haqqında beş il bundan əvvəl olduğundan daha çox məlumatı var. Bütün bunlar iri idman və mədəniyyət tədbirlərinin, o cümlədən “Jara”nın sayəsindədir. O əlavə edib: “Bu cür tədbirlərin təşkilatçıları həqiqətən də çox mühüm missiyanı həyata keçirirlər – Rusiya və Azərbaycan sakinlərinə təkcə vaxtlarını əla keçirməyə deyil, həm də tanış olmağa, bir-birini daha yaxından tanımağa imkan yaradırlar”. Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev deyib: “Həmvətənlərimizin cavablarından belə nəticə çıxır ki, bizim sorğularımız nəticəsində artıq “Jara”nı unikal festival adlandırmaq olar. Burada iştirak edən ulduzların və hər il artan iştirakçıların sayına, ən başlıcası isə unikal ab-havasına görə bunu söyləmək mümkündür. Mən çox ümidvaram ki, bu tempə nail olmuş “Jara” onu azaltmayacaq və festival böyüyəcək, daha çox insanı cəlb edəcək, ölkələrimiz arasında dostluğun möhkəmlənməsinə kömək edəcək, turist mübadiləsini artıracaq”.
Rusiyalılar nədən Bakı “Jara”sına gedirlər?



Emin Ağalarov elan etdi: "Jara" bu il...
Bakıda keçiriləcək "Jara" festivalının tarixi açıqlandı
“Jara-2019”da iştirak edəcək ulduzların adları məlum oldu
Emin Ağalarov "Jara"nın adını dəyişdi: Türk müğənnilər gələcək
Bakıda növbəti “JARA” festivalı başlayır
Emin Ağalarov "Jara" ilə bağlı AÇIQLAMA YAYDI
“Jara-2020” keçiriləcək? - Emin Ağalarovdan AÇIQLAMA
Ağalarov: “Jara-2020” beş gün davam edəcək
Filipp Kirkorov uşaqları ilə BAKIDA
Ağalarov azərbaycanlı müğənniyə vəzifə verdi
Prezidentin nəvəsi aparıcılıq edəcək
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 