Şəmkirdə iki qardaşın şah damarını kəsərək qətlə yetirməkdə təqsirləndirilən Nurəddin Əsədoğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
ONN media xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Faiq Mahmudovun sədrliyi ilə keçiriləcək məhkəmə hazırlıq iclası may ayının 1-nə təyin olunub.
Qeyd edək ki, hadisə ötən il Şəmkir rayonunun Qapanlı kəndində qeydə alınıb. Qapanlı kəndində mağaza işlədən iki qardaşa hücum edən 1990-cı il təvəllüdlü Nurəddin Bayram oğlu Əsədoğlu əvvəllər də məhkumluq həyatı yaşayıb. Bildirilir ki, Nurəddin Əsədoğlu Qapanlı kənd sakini - 1986-cı il təvəllüdlü Eşqin Əli oğlu Əmiraslanovun evin qarşısında işlətdiyi ərzaq mağazasına gəlib. O, Eşqindən spirtli içki və digər ərzaq malları verməsini tələb edib.
Mağaza sahibi isə Nurəddinin onlara aldığı mallar qarşılığında xeyli borcu olduğunu, heç olmasa bu dəfə götürdüklərinin pulunu verməsini deyib. Lakin N.Əsədoğlu bununla razılaşmayıb və mübahisə etməyə başlayıb. Eşqin və ona kömək edən qardaşı, 1989-cu il təvəllüdlü İbrahim Əli oğlu Əmiraslanov isə həmin şəxsə istədiyi ərzaqları verməyəcəklərini deyiblər. Bundan əsəbiləşən 28 yaşlı Nurəddin mağazanı dağıtmağa, vitrinləri qırıb-tökməyə başlayıb. İki qardaş onu tutaraq mağazadan çıxarmaq istəsə də, gənc oğlan üstündəki bıçaqla onlara hücum edib. O, Eşqinə 7, İbrahimə isə 2 bıçaq zərbəsi endirib. Maraqlıdır ki, N.Əsədoğlu iki qardaşı öldürməkdə isirarlı olub və hər iki şəxsin boynundakı şah damarı kəsib.



Tərtər sakini 2 yaşlı uşağı qətlə yetirdi - QORXUNC CİNAYƏT
Nərmin Quliyevanın qətl işi ilə bağlı YENİ XƏBƏR
Azərbaycanda DƏHŞƏTLİ QƏTL – Ana 10 aylıq körpəsini boğub öldürdü
Şabranda bacısını öldürən qardaşın məhkəməsi başlayır
Bakıda keçmiş məhkumdan QANLI CİNAYƏT
"Tik-Tok"a görə zabiti öldürən şəxs hakim qarşısında
Azərbaycanda DƏHŞƏT: Ata oğlunu və ailəsini güllələdi
Bakıda atanın qonşuya tapşırdığı 4 yaşlı qızın qətlində təqsirləndirilən şəxs HAKİM qarşısında
Bakıda məhkəmə hakimi həbs edildi - ŞOK SƏBƏB
Bakıda kriminal avtoritetin öldürülməsi ilə bağlı YENİ XƏBƏR
Sabiq prorektorun oğlu hakim qarşısında
Bakıda TÜKÜRPƏDİCİ CİNAYƏT - Ata 2 yaşlı körpəsini öldürmək istədi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 