Bu gün ABŞ-ın Baş prokuroru Riçard Barr 2016-cı ildə keçirilmiş prezident seçkilərində Donald Tramp və yaxud başqa amerikalıların Rusiya ilə hər hansı sövdələşməsinin olmadığını açıqladı. ONN media "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Baş prokuror Rusiyanın seçkilərə müdaxilə səylərinin mahiyyətini açıqladığına görə xüsusi prokuror Robert Müllerə təşəkkür edib. O, seçkilər zamanı rusiyalı hakerlərin hərəkətlərinə, oğurlanmış sənədlərin daha sonra “DC Leaks”, “Lucifer”, “WikiLeaks” saytlarında yerləşdirilməsinə Donald Trampın qərargahının heç bir aidiyyəti olmadığını qeyd edib. Baş prokurorun açıqlamasından sonra Tramp tvitter səhifəsində “Oyun artıq bitdi” yazıb. Lakin Müllerin ictimaiyyətə açıqlanan 400 səhifəlik hesabatı çox maraqlı detalları ortaya çıxarıb. Məlum olub ki, Robert Müllerin 2017-ci ilin mayında xüsusu prokuror təyin edildiyini öyrənən ABŞ prezidenti “bu mənim prezidentliyimin sonudur” deyib. “Aman Tanrım. Bu çox pisdir. Bu mənim prezidentliyimin sonudur. Bittim. Hər kəs mənə, “əgər bu xüsusi səlahiyyətli prokurorlardan biri təyin olunarsa, bunlar sənin prezidentliyini məhv edər" dedi. Bu istintaq bir neçə il davam edər və mən heç bir şey edə bilmərəm. Bu başıma gələn ən pis şeydir”, - hesabatda Trampdan sista gətirilib.
Tramp QORXU İÇİNDƏ: Prezidentliyimin sonu gəldi



Trampdan ŞOK AÇIQLAMA
Bu məsələ ABŞ-ı SARSIDACAQ
Baş prokuror istefaya getdi
Bu ölkələr Trampın yenidən prezident seçilməsini istəmir - ÖZÜ AÇIQLADI
Trampa AĞIR İTKİ
Tramp ifadə verməyə hazırdır
Trampın ailəsində ŞAD GÜN
ABŞ-ın xüsusi prokuroru istefa verdi
Tramp Rusiyanın G8-ə qaytarılmasını təklif etdi
Trampdan ŞOK ETİRAF
Trampı qorxuya salacaq dəlillər...
Tramp və Putin görüşəcəkmi?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 