ABŞ prezidenti Donald Tramp 2016-cı il prezident seçkilərinə Rusiyanın müdaxilə etməsi ittihamlarının müddəalarını qəbul etməyə başlayıb.
ONN media xəbər verir ki, Tramp oğlunun Kremllə əlaqələri olan vəkil Nataliya Veselnitskaya ilə Hillari Klintondan bilgi almaq üçün görüşdüyünü etiraf edib.
Lakin ABŞ prezidenti görüşün qanuni olduğunu bildirib. Donald Tramp hələ də Rusiya ilə prezident seçkilərində qalib gəlmək üçün hər hansı əməkdaşlıq etmədiyini deyir və məsələ ilə bağlı açılan istintaqı “tarixdəki ən böyük siyasi cadugər ovu” adlandırıb. Rusiya da Trampın ifadələrinə şərik çıxır və Demokratlar partiyasının lideri Hillari Klintonun məğlub olmasında heç bir rolları olmadığını bildirir.
Nə baş vermişdi?
Aralarında “Vaşinqton Post”, CNN və “Assoşieyted Press” xəbər agentliklərinin də olduğu Amerika mediası fərqli qaynaqlara istinadən prezident Trampın oğlunun 9 iyun 2016-cı ildə rusiyalı vəkillə görüşdüyünü və bu görüşün onun başına bəla olacağını xəbər vermişdi. Tramp isə paylaşdığı tvitində xəbərin saxta olduğunu, oğlunun bir rəqib haqqında bilgi almaq üçün Nataliya Veselnitskaya ilə görüşdüyünü açıqlamışdı. Həmçinin, görüş haqqında bilgisinin olmadığını qeyd etmişdi.
Görüş “Nyu York Tayms” tərəfindən ilk dəfə xəbər veriləndə Trampın oğlu vəkillə görüşdə amerikalıların rusiyalı uşaqları qəyyumluğa götürmə ilə bağlı təxirə salınan proqramı haqqında müzakirə apardıqlarını bildirmişdi. Ancaq daha sonra Hillari Klinton haqda zərərli bilgilər almaq üçün görüşdüyünü etiraf etmişdi.
Amerikalı siyasətçilərin seçki kampaniyaları zamanı rəqibləri haqqında araşdırma aparması tez-tez rast gəlinən durumdur. Ancaq Trampın oğlunun xarici bir hökumət və ya şəxsdən bilgi almaq cəhdini seçki kampaniyasının qaydalarını pozmaq kimi dəyərləndirir. ABŞ prezidentinin kabineti isə kişik Trampın Klinton haqqında zərərverici bilgi almadığını iddia edir.



Trampdan Klintonla bağlı ÇAĞIRIŞ
Tramp Klintonu ittiham etdi
Trampdan "Google"yə ittiham
Tramp Ukraynaya nifrət edir?
Senat Trampa qarşı “çirkli hesabat” hazırlayıb
Klinton Trampı ABŞ-a xəyanətdə ittiham etdi
Trampdan Hillari Klintona SƏRT SÖZLƏR - Amerikalılar...
Tramp QORXU İÇİNDƏ: Prezidentliyimin sonu gəldi
Bu ölkələr Trampın yenidən prezident seçilməsini istəmir - ÖZÜ AÇIQLADI
Trampın qızı atasının bu fikiri ilə razı deyil
Tramp Rusiyanın G8-ə qaytarılmasını təklif etdi
Trampın 2020-ci il üçün PROQNOZU
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 