Ədliyyə Nazirliyindən ONN media -ya verilən məlumata görə, qulluğa qəbulla bağlı elan edilmiş builki açıq müsabiqədə iştirak edən hüquqşünaslarla test yolu ilə ixtisas imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə may ayının 11-də saat 10.00-da Azərbaycan Texniki Universitetinin idman sarayında (Bakı şəhəri, A.Sultanova küçəsi 13 ünvanında) keçiriləcəkdir. Qeydiyyatdan keçmiş namizədlər "İmtahana buraxılış vərəqəsi"ni 8 və 10 may tarixlərində saat 9-dan 18-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin inzibati binasından götürməlidirlər. Buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün onlar imtahanın başlanmasına azı 1 saat qalmış gəlməli, buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmır. Xatırladırıq ki, imtahana hazırlıqla bağlı "Yaddaş kitabçası" Nazirliyin internet səhifəsində "Qulluğa qəbul" bölməsində və qeydə alınan namizədlərin elektron kabinetlərində yerləşdirilmişdir, habelə bu sənədlər Nazirliyə müraciət edənlərə təqdim olunur. Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müraciət etmiş şəxslərin müsabiqəyə mükəmməl hazırlaşmalarına köməklik göstərilməsi məqsədilə Nazirliyin Ədliyyə Akademiyasında təşkil olunan ənənəvi kurslar hazırda da davam edir (ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: (012) 493-71-31, Ədliyyə Akademiyası). Qaydalara əsasən test imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlərin zəruri sənədlərini təqdim etməsi və onların yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş bütün tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbətə buraxılacaqlar. Əlavə məlumatları nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı bu tarixdə keçiriləcək - FOTO



Ədliyyə orqanlarına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
İşə qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ!
Dövlət qulluğuna qəbul imtahanında 1753 namizəd qeydiyyatdan keçib
Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə!
1415 taksi sürücüsü imtahan verəcək
Vergi orqanlarında işləmək istəyənlərin nəzərinə
DİM dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirəcək
Bu gün dövlət qulluğunda test imtahanı keçirilir
Dövlət Qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
2 ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək - Vaxt açıqlandı
Dövlət qulluğuna imtahan verənlərin nəzərinə
Dövləq qulluğuna qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 