Ədliyyə Nazirliyinin mətbuat xidmətindən ONN media-ya bildirilib ki, Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, builki açıq müsabiqədə iştirak edən namizədlərlə test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə may ayının 26-da saat 10.00-da Bakı İdman Zalında (Bakı şəhəri, Neftçilər prospekti 26A ünvanında) şəffaf şəraitdə keçiriləcəkdir.
Qeydiyyatdan keçmiş namizədlər "İmtahana buraxılış vərəqəsi"ni 24-25 may tarixlərində saat 9-dan 18-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin inzibati binasından götürməlidirlər.
Buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər imtahanın başlanmasına azı 1 saat qalmış gəlməli, buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmır.
Xatırladırıq ki, test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlara dair xülasə və "Yaddaş kitabçası" Nazirliyin internet səhifəsində (www.justice.gov.az) və namizədlərin elektron kabinetlərində yerləşdirilib.
Həmçinin qeyd edilir ki, əvvəlki illərdə olduğu kimi müsabiqədə iştirak edən hüquqşünaslar üçün imtahanlara mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə köməklik məqsədilə nazirliyin Ədliyyə Akademiyasında ödənişsiz hazırlıq kursları davam edir. Kursda iştirak etmək istəyən namizədlər birbaşa nazirliyin Ədliyyə Akademiyasına müraciət edə bilərlər (ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: (012) 493-71-31).
Qaydalara əsasən test imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş bütün tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbətə buraxılacaqlar.
Əlavə məlumatları nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, (012) 537-05-90 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.
Test imtahanının keçiriləcəyi Bakı İdman Zalına getmək üçün naviqasiya məlumatları nazirliyin internet səhifəsində yerləşdirilib.



Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı bu tarixdə keçiriləcək - FOTO
İşə qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ!
Vergi orqanlarında işləmək istəyənlərin nəzərinə
1415 taksi sürücüsü imtahan verəcək
Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə!
DİM dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirəcək
Dövlət Qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
Dövlət qulluğuna qəbul imtahanında 1753 namizəd qeydiyyatdan keçib
Dövlət qulluğuna imtahan verənlərin nəzərinə
Dövlət qulluğuna hazırlaşanların DİQQƏTİNƏ
Bu gün dövlət qulluğunda test imtahanı keçirilir
Dövləq qulluğuna qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 