Mayın 6-da Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin II (test imtahanı) mərhələsinə start verilib.
İdarədən ONN media-ya bildirilib ki, Bakı şəhəri 220 nömrəli məktəb-liseydə keçirilən imtahanlara ilk olaraq laborant vəzifəsinə işə qəbul üzrə namizədlər cəlb olunub. Laborant vəzifəsinə işə qəbul üzrə test imtahanı mərhələsində 570 nəfər iştirak edib.
Müsabiqəyə qatılan şəxslər 30 sualdan ibarət test tapşırığını 45 dəqiqə ərzində cavablandırıblar.
Laborant vəzifəsinə işə qəbul imtahanı mayın 7-də də davam edəcək. Həmçinin mayın 7-də kitabxanaçı, 8-də uşaq birliyi təşkilatı rəhbəri, 10-da təlim-tərbiyə işləri üzrə direktor müavini, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, 11-də isə tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və psixoloq vəzifələrinə işə qəbul üzrə müsabiqənin II (test imtahanı) mərhələsi keçiriləcək.
Qeyd edək ki, I mərhələnin (elektron ərizələrdə qeyd edilmiş məlumatlar əsasında müraciət etmiş şəxsin müvafiq vəzifə üzrə müsabiqədə iştirak üçün uyğunluğunun yoxlanılması) yekunu, eyni zamanda müsabiqənin keçirilmə yeri və vaxtı barədə məlumatlar artıq namizədlərin şəxsi səhifələrinə göndərilib.
Müsabiqə ilə bağlı hər hansı sual yaranarsa, namizədlər (012) 599-12-22 (daxili 60-22; 60-25; 60-28), mob: 055-336-36-39 nömrəli telefonlar vasitəsilə əlaqə saxlaya bilərlər.
Növbəti imtahanlarda qeydiyyat və yerləşdirmənin təşkili zərurəti ilə əlaqədar iştirakçılardan təyin edilmiş vaxtdan 30 dəqiqə əvvəl imtahanın keçirildiyi məntəqədə olmaları xahiş edilir. İştirakçılar imtahana gələrkən şəxsiyyət vəsiqəsini gətirməlidirlər.



İşə qəbul üzrə imtahanların nəticələri məlum olub
Məktəblərdə vakant vəzifələrə seçim mərhələsi başlayır
DİQQƏT- Vakansiya seçimi başa çatır
Bakıda 33 məktəbə direktor təyin edildi
DİQQƏT- Vakant vəzifələr açıqlandı
Bakı Təhsil İdarəsi işçi axtarır
Bakı məktəblərində direktor müavini vəzifələri üzrə müsahibə keçirilir
Bakı məktəblərinə işə qəbul imtahanının vaxtı açıqlanıb
Məktəb direktorlarının müavinlərinin DİQQƏTİNƏ: İmtahan keçiriləcək
Direktorların işə qəbulu üzrə imtahanlar yekunlaşdı
Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Bakıdakı bu məktəblərə direktor axtarılır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 