İyunun 23-də keçiriləcək seçkilərin nəticələrindən asılı olmayaraq, İmamoğlu təkcə İstanbul deyil, Türkiyə miqyasında da böyük siyasətçiyə çevriləcək.
ONN media xəbər verir ki, bu sözləri politoloq Zaur Məmmədov İstanbul böyükşəhər bələdiyyəsi sədrliyinə keçirilən seçkilərin nəticələrinin ləğv edilməsi və yeni seçkinin keçiriləcəyi haqda danışarkən deyib. O bildirib ki, yeni seçkilərin keçirilməsi Türkiyədə bəzi çaxnaşmalara yol aça bilər:
“Ali Seçki Qurumunun dünən axşam verdiyi qərar gözlənilən idi. Ərdoğan çıxışında yeni seçkilərin önəmindən danışmışdı. Bu seçkilərin Türkiyə üçün nəticəsi hər iki partıya tərəfdaşları arasında küçələrdə qarşıdurmaların olması ehtimalıdır. Çünki İmamoğlu tərəfdarları özlərini haqları tapdalanmış tərəf hesab edirlər. Dünən ASQ-nin qərarından sonra türk lirəsi də ucuzlaşıb. Seçkilərdə qanun pozuntusu ilə bağlı təkcə AKP deyil, MHP də öz etirazını bildirmişdi. Lakin Ali Seçki Qurumu İqdır və Qarsda keçirilən seçkinin nəticələrinə MHP-nin etirazını rədd etmişdi. Əsas məsələ İstanbulda həll olunur. İstanbul çox böyük maliyyə mənbəyidir. Burda söhbət milyardlarla puldan gedir. Təbii ki, hakim Ədalət və İnkişaf Partiyasının iqtidarı ayaqda tutması və öz iqtisadi, siyasi maraqlarını həyata keçirməsi üçün İstanbulda bələdiyyə sədrinin kimin olması önəmlidir. Hələ seçkilərdən əvvəl İstanbul uğrunda çox gərgin mübarizə gedirdi.
Yeni seçkilər yeni səslər uğrunda mübarizə olacaq. Əvvəlki seçkilərdə kürdlər və HDP tərəfdaşları CHP-yə səs vermişdi. İndi onların səslərini kimə verəcəkləri önəmlidir. Təbii ki, AKP yeni səsvermədə kürdlərin və HDP tərəfdaşlarının səslərini onlara verməsi üçün müəyyən addımlar ata bilər. Bu addımlar içində HDP sədri Dəmirdaşın azadlığa buraxılması da ola bilər”.axar.az



İstanbulda seçkilərin nəticələri ləğv olundu - SON DƏQİQƏ
Özoraldan Yıldırım-İmamoğlu debatına - Münasibət
Təkrar seçkilər nə zaman keçiriləcək? – Açıqlama
Bu dairələrdə təkrar seçki olacaq?- AÇIQLAMA
Türkiyədəki seçkilərin ilk nəticələri açıqlandı
İmamoğlunun gəlişi ilə İstanbulda nələr dəyişəcək? – Şərh
Seçkilərə bu tarixdə yekun vurulacaq
Parlament Consonun bu təklifini rədd etdi
İmamoğlu İstanbulun bələdiyyə sədri mandatını aldı
Koronavirusa görə ləğv edilmiş seçkilər yenidən keçiriləcək - Məhkəmə QƏRAR VERDİ
Gözlər MSK-da - Seçkilərlə bağlı YEKUN TOPLANTI BAŞLADI
YSK seçkiləri niyə ləğv edildi- AÇIQLAMA
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 