Respublikamızın bütün şəhər və rayonlarında, eləcə də, dünyanın hər yerində Azərbaycan xalqının dahi oğlu, Ulu Öndər Heydər Əliyevin 96 illiyi təntənəli surətdə qeyd edilməkdədir. Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarında da bir çox tədbirlər keçirilir.
Fərrux Haqverdiyev: "Bu gün iftixar hissi ilə deyə bilərik ki, Azərbaycanımızın inkişaf sükanı Ulu Öndər Heydər Əliyev siyasətinin davamçısı, uzaqgörən Prezidentimiz İlham Əliyevin əlindədir"
YAP Xızı rayon təşkilatının sədru Fərrux Haqverdiyev tariximizin yetişdirdiyi ən böyük şəxsiyyətlərindən olan Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti barədə danışaraq vurğulayıb ki, Azərbaycanın son 35 illik inkişafı birbaşa Onun adı və ideyaları ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin formalaşması, iqtisadiyyatın dinamik, sürətli inkişafı, cəmiyyətin bütün sahələrində aparılan islahatların uğurla nəticələnməsi də Dahi Öndər Heydər Əliyevin xidmətlərinin nəticəsidir.
F.Haqverdiyev qeyd edib ki, ölkəmizin tərəqqisi, müasirləşməsi, Azərbaycanın bütün regionlarında quruculuq və abadlıq işlərinin geniş vüsət alması, Ulu Öndərin ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev siyasətinin xalq tərəfindən dəstəklənməsinin bariz ifadəsidir: "Xalqımız 1991-ci ildə dövlət müstəqilliyimizi bərpa etdiyi ilk günlərdə ölkəmiz böyük tarixi sınaqlarla üzləşdi. Belə şəraitdə 1993-cü ildə xalqımızın təkidli tələbi ilə yenidən rəhbərliyə qayıdan Ulu Öndər Heydər Əliyev çox ağır, lakin şərəfli bir vəzifəni öhdəsinə götürərək xalqımızı və dövlətimizi məhv olmaq təhlükəsindən xilas edib. Bundan sonra ölkəmiz inkişaf yolunda addımlamağa başladı. Bu gün iftixar hissi ilə deyə bilərik ki, Azərbaycanımızın inkişaf sükanı Ümummilli Lider Heydər Əliyev siyasətinin davamçısı, Prezidentimiz İlham Əliyevin əlindədir".
R.KAMALQIZI




Azərbaycan tarixinin sönməz günəşidir Heydər Əliyev
Qafqaz Müsəlmanları İdarəsində ulu öndər Heydər Əliyevin anım günü əlaqədar tədbir keçirilib
Astanada Heydər Əliyevin xatirəsi anıldı
Heydər Əliyevin xatirəsi anılır
Heydər Əliyevin xatirəsi Moldovada anıldı
Bir qrup sərhədçi “Heydər Əliyev zirvəsi”ndə
İlham Əliyev Daşkəsənə getdi
Prezident: “Azərbaycanda bütün azadlıqlar təmin olunub”
Prezident və xanımı Fəxri xiyabanda
Ərdoğan Heydər Əliyevin məzarını ziyarət etdi
"Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olub"
Ceyhun Bayramov Naxçıvana gedib - YENİLƏNİB
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 