Dekabrın 12-də Azərbaycan Respublikasının Moldovadakı Səfirliyində ümummilli lider, ulu öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Tədbirdə Türkiyənin Moldovadakı səfirliyinin əməkdaşları, Moldova azərbaycan diasporunun nümayəndələri və azərbaycanlı tələbələr iştirak ediblər. Öncə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfir Qüdsi Osmanov ümummilli lider Heydər Əliyevin Azərbaycanın, xalqımızın qarşısında böyük xidmətlərindən danışıb. Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində önəmli rolunu qeyd edən səfir, azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyevin Azərbaycana ən çətin zamanda rəhbərlik etdiyini, ölkəmizi tənəzzüldən, böhrandan çıxararaq, inkişaf yoluna qoyduğunu və bütün dünyaya tanıtdığını bildirib. Q.Osmanov Heydər Əliyevin qoyduğu zəngin irsin, siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Həmçinin diplomat qeyd edib ki, ölkə başçısı İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan regionda lider ölkə olaraq, artıq dünya siyasətində öz mühüm rolunu oynayır.
Türkiyə Respublikasının Moldovadakı Səfiri Xulusi Kılıç çıxışında Heydər Əliyevin türk dünyasının fəxri və böyük oğlu olduğunu söyləyib. O qeyd edib ki, Azərbaycanda işlədiyi zaman məhz Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində, ölkəmizin günü-gündən çiçəklənməsinin və hər tərəfli inkişafının şahidi olub. " Heydər Əliyev aramızda olmasada, onun fikirləri, irsi və qurduğu dövlət yaşayır, yaşamalıdır və yaşadılmalıdır", - deyə diplomat bildirib.
Moldova Azərbaycan Konqresinin rəhbəri Vüqar Novruzov Heydər Əliyevin xaricdə yaşayan azərbaycanlılara göstərdiyi diqqət və qayğını qeyd edərək, dahi şəxsiyyətin Azərbaycan dövlətçiliyinə, xalqımızın əmin-amanlığına və bütövlükdə ölkəmizin inkişafına verdiyi töhfələrdən danışıb.
Sonra mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin Səfirlikdə ucaldılan büstü önünə çiçək və əklillər qoyublar. Səfirlikdə ümummilli liderin xatirəsinə ehsan verilib.
ONNmedia



Mehriban Əliyeva- Ümummilli lider Heydər Əliyevi ehtiramla yad edirəm
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib
Həştərxanda Heydər Əliyev anılıb - Foto
Astanada Heydər Əliyevin xatirəsi anıldı
Mehriban Əliyeva Heydər Əliyevin xatirəsini belə yad etdi
İlham Əliyevdən Heydər Əliyevin anım günü ilə bağlı PAYLAŞIM
İlham Əliyev və birinci xanım ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Prezident ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi
Həştərxanda Ümummilli lider Heydər Əliyevin xatirəsi yad edildi - FOTOLAR
Heydər Əliyevin xatirəsi anılır
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi
XİN Heydər Əliyevin anım günü münasibəti ilə paylaşım edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 