ONN İnformasiya Agentliyi

“Onunla hər görüşümüz bir tarix idi...” - Muğam ifaçılarının Heydər Əliyevlə bağlı xatirələri...

“Onunla hər görüşümüz bir tarix idi...” - Muğam ifaçılarının Heydər Əliyevlə bağlı xatirələri...
10-05-2019, 13:22


ONN media xəbər verir ki, bu gün Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür. Bu münasibətlə sənət adamları H.Əliyevlə bağlı öz xoş təəssüratlarını bölüşüblər. 
 
Xalq artisti Arif Babayev Moderator.az-a açıqlamasında bildirdi ki, bu gün sənət adamlarına göstərilən diqqət və qayğının təməlini məhz Heydər Əliyev qoyub:
 
“Heydər Əliyev mənə “Şöhrət” ordeni verib. İçərişəhərdə də bizə həmişə diqqətlə qulaq asıb. O, sənət adamlarına həmişə diqqət və qayğıyla yanaşıb. Mən bilmirəm dünyaya belə şəxsiyyət, zəkalı adam bir də gələrmi? Muğamı çox yaxşı bildirdi. Sənət adamlarına verilən evlər, mükafatlar, təqaüdlər hamısı onun layihəsidir və bu gün cənab prezident o yolu uğurla davam etdirir. Cənab İlham Əliyev də sənət adamlarını yaddan çıxarmır. H.Əliyevin zəkasına heyranam ki, o, bu qədər adamı necə yadında saxlayırdı. Oxuduqlarını necə danışırdı. Konsertdən sonra bizim H.Əliyevlə səhnə arxasında söhbətlərimiz olub. Allah rəhmət eləsin! H.Əliyev həmişə qəlbimizdə yaşayacaq. Nə qədər Azərbaycan və xalqı var, Heydər Əliyev yaşayacaq”. 
 
Xalq artisti Mənsum İbrahimov saytımıza açıqlamasında bildirdi ki, H.Əliyevin təməlini qoyduğu yolla bu gün Azərbaycan uğurla inkişaf edir:
 
“Biz xoşbəxt millət ki, Heydər Əliyev kimi liderimiz olub. Belə şəxsiyyətlər yüz ildə bir yetişir. Eyni zamanda özümü xoşbəxt hiss edirəm ki, onun dövründə yaşamışam. Dəfələrlə onunla görüşümüz olub. İlk dəfə 1994-cü ildə görüşmüşük. “Məcnun” obrazında səhnəyə çıxandan sanra səhnə arxasında bizimlə görüşüb öz xoş fikirlərini söyləyib. Ondan bir-iki il sonra mənə “Əməkdar artist” fəxri adını verib. İran səfərində səfirlikdə konsert vermişik. Bir yerdə təyyarədə Bakıya qayıtmışıq, fotolarımız da var. Bundan sonra Dədə Qorqudun yubileyində görüşmüşük. Bizim onunla hər görüşümüz bir tarix idi. Onun xoş sözləri, sənətimizə aid dediyi fikirlər bizə stimul verirdi. O, Azərbaycanımızı yenidən bizə qaytardı. Özündən sonra çox layiqli bir davamçı yetişdirdi və cənab prezident bu gün o ənənəni uğurla davam etdirir. Azərbaycan hər bir sahədə inkişaf edir. Bu stabilliyimizə görə göydə Allaha, yerdə də dövlət başçımıza minnətdarıq. Dünyada terror hadisələri, xaos baş verir, amma biz rahat yaşayırıq. Kimin xaricə getmək imkanı varsa, onlar Azərbaycanın son iyirmi beş il ərzində nə qədər inkişaf etdiyini daha çox görür. Çünki hansı dövlətdə olursan görürsən ki, Azərbaycan qədər inkişafda deyil. Bizim yalnız bir problemimiz var o da Qarabağdır. İnşallah Ali Baş Komandanının köməkliyi ilə biz onu da tezliklə həll edəcəyik. Allah Ulu Öndərimizin ruhunu şad eləsin və hər zaman onun ruhu başımızın üstündədir”. moderator.az
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png