Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Belçika Krallığına işgüzar səfərə gəlib. ONN media Azərtac-a istinadən xəbər verir ki, həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belçikalıların Kralı Əlahəzrət Filip ilə görüşü olub. Görüşdə Azərbaycan-Belçika ikitərəfli münasibətləri, regiondakı vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edildi. Prezident İlham Əliyev Belçikalıların Kralı Əlahəzrət Filipə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verərək Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal olunduğunu, münaqişənin həllinin yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında və ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu diqqətə çatdırdı. Söhbət zamanı ölkələrimiz arasında iqtisadi əməkdaşlıq məsələlərinə toxunuldu, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olundu və Prezident İlham Əliyevin Belçikaya səfərinin ikitərəfli münasibətlərin genişləndirilməsinə töhfə verəcəyi bildirildi.
İlham Əliyev Brüsseldə Belçikalıların Kralı Filip ilə görüşdü



İlham Əliyev Belçika kralını təbrik etdi
Prezident Mişel Pitermansı qəbul etdi - YENİLƏNDİ
Azərbaycan Prezidenti Donald Tuskla görüşdü
Avropa İttifaqı Şurasının Prezidenti İlham Əliyevə zəng etdi
İlham Əliyev Şarl Mişellə görüşdü (YENİLƏNDİ)
İlham Əliyevlə Şarl Mişel arasında təkbətək görüş keçirildi VİDEO - YENİLƏNDİ
İlham Əliyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşdü
Brüsseldə üçtərəfli görüş başladı
İlham Əliyev Fransanın Avropa və xarici işlər nazirini qəbul edib
İlham Əliyev və Mişel arasında görüş başladı
Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə ən böyük təhdiddir- İLHAM ƏLİYEV
İlham Əliyev Fransa XİN-in Şərq Tərəfdaşlığı üzrə səfirini qəbul etdi - YENİLƏNDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 