Gəncə Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən ONN media-ya bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlə görüşüb. Məhsəti Gəncəvi Mərkəzində baş tutan görüşdə Prezident Administrasiyasının Ərazi-Təşkilat Məsələləri Şöbəsinin sektor müdiri Vəfadar Bağırov da iştirak edib.
Görüşdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncədə həyata keçirilən abadlıq və quruculuq işlərindən söz açıb. O bildirib ki, şəhərin avtomobil yollarının tikintisi, yenidən qurulması və əsaslı təmiri işləri davam etdirilir. Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı 35 çoxmənzilli binanın 75 ədəd lifti yenisi ilə əvəz ediləcək. Şəhərin Heydər Əliyev prospektində eyvanların təmir edilməsi işləri, Ş.İ.Xətai prospektində 63,65, 113 və 115 saylı binaların fasadlarının təmiri işləri davam etdirilir. 50 ədəd 3, 4 və 5 mərtəbəli çoxmənzilli binaların dam örtüyünün təmiri işləri istiqamətində müvafiq tədbirlər görülür.
“Açıq mikrofon” formatında təşkil olunan görüş səmimi söhbət şəraitində keçib. Görüşdə iştirak edən sakinlər müraciətlərini dilə gətirib, irad və təkliflərini bildiriblər. Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdalıq ifadə edən sakinlər, aparılan abadlıq-quruculuq işlərinin davamlı olacağına inandıqlarını bildiriblər. Görüşdə iştirak edən Azərbaycan Texnologiya Universitetinin fəal tələbələri ali məktəb tələbələri üçün yeni yataqxana binasının inşasını istəyiblər. Sakinlər arasında işlə bağlı müraciət edənlər də olub.
Sakinlərin müraciət və təkliflərini dinləyən Prezident Administrasiyasının Ərazi-Təşkilat Məsələləri Şöbəsinin sektor müdiri Vəfadar Bağırov qeyd edib ki, bu tip görüşlər Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilir və məqsəd vətəndaşları dinləmək, onları narahat edən problemləri öyrənmək və aradan qaldırmaqdır. Vəfadar Bağırov sakinlərə səmimi çıxışlar və səsləndirilən təkliflər üçün təşəkkür edib. O qeyd edib ki, gəncəlilər hər zaman dövlət və dövlətçiliyə xidmət ediblər, hər zaman ölkə rəhbərinin yanında dayandıqlarını göstəriblər. “Sözsüz ki, şəhərdə görüləsi işlər çoxdur, hələ də yenidən qurulması vacib olan yollar, təmirə ehtiyac duyulan məktəb binaları var. Təbii ki, bütün bu problemlərin aradan qaldırılması üçün müəyən bir vaxt lazımdır. Zamanla bütün problemlər öz həllini tapacaq”, - deyə Vəfadar Bağırov bildirib.
Görüş zamanı dilə gətirilən bir çox problem öz həllini tapıb, bəzi məsələlərin isə araşdırılması tapşırılıb.





Niyazi Bayramov sakinlərlə görüşüb
Niyazi Bayramov sakinlərlə görüşüb
Niyazi Bayramovun Gəncə Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin olunmasından bir il keçir
Niyazi Bayramova “Şərəf və ləyaqət” ordeni təqdim olunub
İlham Əliyev büdcədən pul ayırdı
Ölkə başçısı daha bir sərəncam imzaladı: yararsız liftlər...
Azərbaycanda binaların lift təsərrüfatı yaxşılaşdırılacaq - SƏRƏNCAM
Gəncə İH-də kadr dəyişikliyi
Daha bir məmur işdən çıxarıldı
Gəncəyə yeni baş memar təyin edildi
Gəncədə 10 000 000-cu sakinin şərəfinə konsert verilib
Niyazi Bayramov şəhid ailələri və Qarabağ əlilləri ilə görüşüb
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 