Xarici İşlər naziri Elmar Məmmədyarov BMT İnkişaf Proqramının Azərbaycan Respublikasına yeni təyin olunmuş rezident nümayəndəsi Alessandro Frakassettini qəbul edib. XİN-dən ONN media -ya verilən məlumata görə, görüşdə Alessandro Frakassetti təyinatı barədə müvafiq məktubu nazir Elmar Məmmədyarova təqdim edib. Nazir A.Frakassettini yeni təyinatı münasibətilə təbrik edərək onun Azərbaycanla BMTİP arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib. E.Məmmədyarov Azərbaycanın BMT-nin İnkişaf Proqramı çərçivəsində əməkdaşlığının uğurla davam etdiyini vurğulayıb və əlaqələrin daha da irəli aparılması üçün səylərin artırılmasının vacibliyi qeyd edib. Öz növbəsində, A.Frakassetti BMTİP sistemində aparılan struktur islahatları barədə məlumat verib və fəaliyyəti müddətində əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılıb.
Məmmədyarov Frakassettini qəbul etdi



Azərbaycan BMT ilə əməkdaşlığa əhəmiyyət verir - Nazir
XİN başçısı yeni səfirlə görüşdü
Elmar Məmmədyarov Əfqanıstanın yeni Səfirini qəbul edib
Nazir yeni səfiri qəbul etdi
Rusiyanın yeni səfiri Elmar Məmmədyarovla görüşdü
Azərbaycan XİN rəhbəri Federiko Mogerini ilə görüşüb
Məmmədyarov yeni səfirlə görüşdü
Elmar Məmmədyarov BMT-nin Azərbaycanda Rezident Əlaqələndiricisini qəbul edib
Pakistanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatdı
Bolqarıstan Azərbaycana yeni səfir təyin etdi
Elmar Məmmədyarov bir sıra görüşlər keçirdi
Məmmədyarov Polşa Seyminin spikerini Azərbaycana dəvət etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 