Yaz-yay aylarında bədən səthinin qaşınması, qızarması, hətta yaralar əmələ gəlməsi dərəcəsində simptomlar əhalini narahat edir. Çox insan bunu allergiyaya, istiyə bağlayır. Lakin bədəndə qaşınmanın əsəb, sinir pozulması, qoturluq, heyvanlardan keçən xəstəliklər, autoimmun problemlər kimi dərin səbəbləri ola bilər. ONN media bildirir ki, medicina.az bədən dərisinin qaşınmasının 5 səbəbini və hansı müayinədən başlamalı olacağınızı araşdırıb. Qaşınmanın xəstəliyə bağlı əlamətləri: -Dəri normal görünsə də, səthi zədələnməsə də, qırmızı görünür -Səthi nahamarlaşır -Ləkələnir -Qabıqlanır -Qaşıdıqda dırnaq izi və sıyrılmadan müxtəlif yerlərdə quruma, qanaxma, qaysaq -Suluqlar, şişkinlik, pulcuqlar Möhkəm qaşıdıqda sıyrıq və dırnaq yerindən dərinin alt qatına infeksiya keçə bilir. Qaşınma əvvəlcə bədənin kiçik hissələrində, baş, ayaq, boyun, əllərdə başlayır, daha sonra bütün bədənə yayılır. Bəzən qaşınma uzun və intensiv davam edir, insana rahatlıq vermir. Əgər insan daim dırnaqları ilə dərini qaşıyıb cızırsa, qanadırsa, dəri qıcıqlanaraq, epidermisi zədələnir və kiçik yaralar əmələ gəlir. Ən çox yayılmış səbəblər: -Mövsümü və digər allergiyalar- dərman, qida, ətir və s. -Həşərat sancması, dişləməsi -Dəri xəstəlikləri - dermatit, ekzema, qoturluq, psoriaz -Şəkərli diabet -Böyrək problemləri, hətta böyrək çatışmazlığı -İnfeksiyalar: qızılca, məxmərək, göbələk - Xarici təsirlər: bitkilər, torpaq, toz gənələri -Daxili xəstəliklər: anemiya, sirroz, öd yollarının tutulması, öd daşı, leykemiya, QİÇS, dağınıq skleroz, böyrək xəstəlikləri ciddi qaşınma verir. -Sinir, əsəb xəstəlikləri: depressiya, nevroz,stress, kəskin qorxu, hərəcan -Dərmanların əks təsiri kimi də təlimatlarında dəridə qaşınma qeyd olunub- antibiotiklər, göbələk dərmanları, narkotik dərmanlar, qıcolma dərmanları və s. -Hamiləlik - hormonal dəyişiklik dəridə qaşınma verir Nə zaman həkimə müraciət etməli: Əgər dəridə qaşınma 1 həftədən çox davam edirsə, allergiya dərmanları fayda vermirsə, qaşınma gündən-günə kəskinləşirsə, dəriyə infeksiya düşübsə, qaşınmadan əlavə xəstədə yorğunluq, sidikdə dəyişiklik, qızdırma, titrətmə varsa, həkimə müraciət etmək lazımdır. Hətta kəskin olmayan, ara-sıra gəlib gedən qaşınma 3-4 aydan sonra da çəkilmirsə, o zaman bir neçə həkimdə müayinə olunmaqla, altda yatan səbəbi tapmaq lazımdır. Hansı həkimə üz tutmalı? İlk növbədə dermatoloq, dermatonevroloq, dəri-zöhrəvi ixtisaslı həkimə müraciət edirsiz. Vaxtında müayinə və müalicə olunmadıqda, qaşınma xronikləşir, dəri infeksiyalaşır, çapıqlar, ləkələr əmələ gəlir. Müayinə zamanı həkim anamnez toplamaq üçün müəyyən suallar verir: neçə müddətdir davam edir, hər hansı qıcıqlandırıcı faktorun olub-olmaması, ev heyvanı saxlanması, dərman qəbulu, əlavə xəstəliklərin olub-olmamasını soruşur. Əlavə olaraq dərinin müayinəsi, qan analizi, allergenlərə analiz, biopsiya, qanda şəkərin yoxlanması, böyrəklər və qalxanvari vəzin USM-i təyin edilir. Əgər xəstədə nevroloji səbəbdən qaşınma təsbit olunarsa nevroloq və psixiatra yönəldilir.
Bədəndə güclü qaşınma - 12 səbəb və müalicə



Dəri xəstəlikləri və qaşınma? - Bitdən ola bilər?
Varikoz xəstəliyinin 6 GİZLİ SİMPTOMU
Dərini qocaldır, sızanaqlara səbəb olur - Kosmetkanın bilmədiyiniz ziyanları
Hansı ağaclar insanda ALLERGİYA YARADIR?
Qaraciyərdə problemlərin olmasına işarə edən 9 SİMPTOM
Gizli şəkərin əlamətləri açıqlandı
Əllərin içi niyə qaşınır?
Daha bir ölkədə meymunçiçəyinə yoluxma aşkarlandı
Bu problemi yaşamamaq üçün nə etməliyik?
Ayaqda göbələyiniz varsa - Dəri həkimləri PSİXOLOQ məsləhət görə bilər...
Orqanizmdə dəmir çatışmazlığını göstərən 10 ƏLAMƏT
Dəri çatlamasının izini yox edəcək - TƏBİİ VASİTƏLƏR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 