Baharın gəlişi ilə allergik xəstəliklər özünü daha qabarıq büruzə verir. Yaz fəslində bir çox mövsümi xəstəliklər – burun axması, qaşınma, göz yaşarması və dəri qıcıqlanmaları baş qaldırır.
ONN media xəbər verir ki, Səhiyyə Nazirliyinin baş allerqoloqu Cəbrayıl Məmmədov bildirir ki, bəzi ağaclar var ki, onların tozlanması allergiyaya meyilli olanlarda narahatlıq yaradır: “Məsələn, fındıq, qızılağac, küknar, tozağacı və bəzən az da olsa tut və çinar ağaclarının tozcuqları havaya daxil olaraq həssas insanlarda allergiya əlamətlərinin baş qaldırmasına səbəb olur”. Onun dediyinə əsasən allergiya selikli qişaların güclü qaşınması və dəri səpgiləri, ümumi zəifliklə özünü büruzə verir.
Xəstəliyin əsas əlamətləri burun tutulması, nəfəsalmanın çətinləşməsi, selikli qişanın ödemləşməsi, burunda və gözdə qaşınma və asqırmaların artmasıdır. Bəzən pollinozlu xəstə 30-40 dəfə asqırmaq məcburiyyətində qalır. Baş allerqoloqun verdiyi məlumata görə, yaz allergiyası mütəmadi təkrar olunanda müayinələr aparılır və xəstəliyin dərəcəsinə görə müalicələr təyin olunur. Mövsümqabağı allergenləri xüsusi durulaşdırmaq yolu ilə dərman hazırlanır və payızın axırlarından başlayaraq peyvəndi xatırladan iynələr vurulur və bunun nəticəsində bir müddət sonra xəstə orqanizmində qoruyucu anticisimlər əmələ gəlir.



Çiyələklə bağlı - XƏBƏRDARLIQ
Bədəndə güclü qaşınma - 12 səbəb və müalicə
DİQQƏT- Uşaqlar arasında yeni xəstəlik yayılır
Qızdırmanın 5 BİLMƏDİYİNİZ SƏBƏBİ - Tək soyuqdəymə deyil!
Azərbaycanda meymun çiçəyi xəstəliyi qeydə alınıb? - RƏSMİ
Qaraciyərdə problemlərin olmasına işarə edən 9 SİMPTOM
Quru göz sindromu nədir və necə müalicə olunur
Adi duz koronavirusla mübarizədə yardım edir
Allergiyası olanlar bunlara MÜTLƏQ ƏMƏL ETSİN
Makiyaj edərkən bunlara diqqət edin – Xəstəliklərə yol aça bilər
Yaşlandıqca burnumuz niyə böyüyür?
Dəri xəstəlikləri və qaşınma? - Bitdən ola bilər?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 