“Azərbaycanlı jurnalist Fuad Abbasovun sabah - mayın 31-də guya Rusiya ərazisindən deportasiya olunacağı barədə xəbərin heç bir əsası yoxdur”. ONN media xəbər verir ki, bunu “Report”a jurnalistin vəkili Teyub Şərifov müvəkkilinin deportasiyasına dair dərc olunan xəbəri şərh edərkən bildirib. Vəkil müvəkkilinin Rusiya ərazisindən çıxarılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmamasına görə bunun mümkün olmadığına dair aidiyyəti qurumlara müvafiq qaydada sənədləri təqdim etdiyini deyib: “Bu gün Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti Korolyov şəhəri üzrə idarəsinin Əcnəbilərin Müvəqqəti Saxlama Mərkəzinə baş çəkərkən Fuad Abbasovun deportasiya olunmasına dair Moskva vilayəti Ximki Şəhər Məhkəməsinin müvafiq qərarının qanuni qüvvəyə minnməsi, artıq Azərbaycana təyyarə biletinin də alınması əsas gətirməklə mayın 31-də onu, həqiqətən də, göndərməyə hazırlaşdıqlarına şahid oldum. Lakin biletlərin kim tərəfindən alındığı barədə verdiyim sual Mərkəz rəhbərliyi tərəfindən cavabsız qaldı. Həmçinin Ximki Şəhər Məhkəməsinin 16 may tarixli sözügedən qərarına verdiyimiz şikayətin Moskva Vilayət Məhkəməsi Mülki İşlər Kollegiyası tərəfindən iyun ayının 6-da baxılacaq”. Qeyd edək ki, Rusiyanın hüquq-mühafizə orqanları paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovu saxlayıb. Belə ki, Rusiyanın bir neçə azərbaycanlı icması F.Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva məhkəməsinə müraciət edib. Moskva məhkəməsi mayın 7-də "Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması" adlı 2737/2019 nömrəli işə baxıb. Mayın 16-da Rusiyanın hüquq-mühafizə orqanları məhkəmənin qərarı ilə F.Abbasovu saxlayıb.
Vəkil: Fuad Abbasovun deportasiyasına yol verməyəcəyik



Fuad Abbasovla bağlı xəbər var
Məhkəmə jurnalist Fuad Abbasov barəsində QƏRAR VERDİ
Fuad Abbasov sabah Azərbaycana deportasiya edilə bilər
Fuad Abbasovla bağlı yeni xəbər
Fuad Abbasov bu gün Rusiyadan deportasiya edilir
Fuad Abbasova daha bir zərbə
Moskvada Fuad Abbasova görə yenidən aksiyaya başlanılıb
Fuad Abbasov bu gün Bakıya göndəriləcək
Fuad Abbasov Azərbaycana BU TARİXDƏ deportasiya ediləcək
Səfirlik Fuad Abbasovla bağlı hərəkətə keçdi
Azərbaycanlı jurnalist Fuad Abbasov Moskvada saxlanılıb
Ombudsman Fuad Abbasovla bağlı hərəkətə keçdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 