İsveçrədə 6 iyul tarixindən etibarən bütün ictimai nəqliyyatda olan sərnişinlərdən maska taxmaq tələb olunub.
ONN media xəbər verir ki, bununla bağlı Federal Şura qərar verib.
Bildirilir ki, hökumət bu addımla virusun yayılmasının qarşısını almaq istəyir. Bu qayda bütün kantonlar üçün məcburidir.
Qərara əsəsən virusun geniş yayıldığı ölkələrdən gələn hər bir turist isə on gün karantində qalmalı olacaq. Cümə axşamı günü yayımlanan siyahıda Rusiya, Belarusiya, Azərbaycan və Şengen ərazisinə daxil olan İsveç dövləti var.Giriş məhdudiyyətləri iyulun 20-dək qüvvədədir. İyulun 20-dən etibarən İsveçrə AB-ni izləyəcək, üçüncü ölkə, o cümlədən Çin vətəndaşlarının öz ərazisinə daxil olmasına icazə verəcək.Federal Şura daha qısa iş qrafikinə keçid üçün pul kompensasiyasının ödənilməsini 12 aydan 18 aya qədər uzatmaq qərarına gəlib.
Bununla da hökumət artan işsizliyə qarşı mübarizə aparmaq niyyətindədir. Sərbəst peşə sahiblərinə kompensasiya hüququ sentyabrın ortalarına qədər retroaktiv olaraq uzadılacaq.
Pandemiya federal büdcənin vəziyyətinə mənfi təsir göstərir. Federal Şura 2021-ci il üçün bir milyard frank planlaşdırılan kəsiri olan bir büdcə hazırlayıb. Ancaq kəsir daha yüksək ola bilər.Federal Şura həmçinin ictimai nəqliyyatda və dəmir yolu müəssisələrində itkiləri olanlara 800 milyon frank ayırmaqla kompensasiya etmək istəyir.(publika.az)



Bu ölkədən Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olunacaq
Rusiya İran vətəndaşlarını ölkəyə buraxmadı – Qərar
Bu gündən sərt karantin məhdudiyyətləri qüvvəyə minir - QONŞU ÖLKƏDƏ
Çin hökumətindən ŞOK QƏRAR – Bütün əcnəbilər...
Rusiya quru sərhəddini açdı
Yunanıstan Türkiyə ilə sərhədi bağladı
Azərbaycanın digər bölgələrindən vətəndaşların Naxçıvana gəlişinə QADAĞA OLUNDU
Bu ölkə vətəndaşları Azərbaycana gələ bilər - Qərar
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
Avqustun 13-dən bu qərar qüvvəyə minir
Şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə gedə bilməyəcəksiniz – BU HALDA
Toylarla bağlı MÜHÜM QƏRAR: 30-40 nəfərdən çox olmamaqla...
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 