Azərbaycan vətəndaşları üçüncü ölkədən Türkiyəyə biometrik şəxsiyyət vəsiqəsi ilə səyahət edə bilməyəcəklər. Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib. Onun sözlərinə görə, üçüncü ölkədən Türkiyəyə səfər edən şəxslər mütləq şəkildə ümumvətəndaş pasportundan (xarici pasport) istifadə etməlidir: “Vətəndaşlar biometrik şəxsiyyət vəsiqəsi ilə yalnız Azərbaycandan Türkiyəyə səfər edə biləcəklər. Azərbaycan vətəndaşı Türkiyədən üçüncü ölkəyə yaxud üçüncü ölkədən Türkiyə ərazisinə keçid etmək istədikdə, mütləq şəkildə ümumvətəndaş pasportundan istifadə etməlidir”. Qeyd edək ki, bu gündən etibarən Azərbaycan və Türkiyə vətəndaşları biometrik şəxsiyyət vəsiqələri ilə hər iki ölkə ərazisinə səfər edə və orada 90 gün qala bilərlər. Bu halda hər iki ölkə vətəndaşlarına məxsus sərhədkeçmə sənədləri – şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu (xarici pasport) ölkə ərazisinə giriş tarixindən etibarən ən azı 30 gün etibarlılıq müddətinə malik olmalıdır.
Şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə gedə bilməyəcəksiniz – BU HALDA



İki gün sonra QÜVVƏYƏ MİNİR: XİN-dən AÇIQLAMA
Azərbaycan vətəndaşıları Türkiyəyə bu sənədlərlə gedəcəklər – SİYAHI
Köhnə şəxsiyyət vəsiqələri ilə Türkiyəyə getmək olar?
Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə getməyin - ŞƏRTLƏRİ
Bu tarixdən yeni şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə səfər edilə biləcək
Çavuşoğludan tək şəxsiyyət vəsiqəsilə Azərbaycana səyahət PAYLAŞIMI
Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi də yeni nəsil şəxsiyyət vəsiqələri verəcək
15 yaşı tamam olmayanlara da şəxsiyyət vəsiqəsi veriləcək
Pasport və şəxsiyyət vəsiqələri üçün YENİ RÜSUMLAR
İtirilmiş 43 sənəd tapıldı - SİYAHI
Göz rəngi dəyişikliyi vəsiqədə problem yaradacaq?
Bu həftə yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 