ONN İnformasiya Agentliyi

Komitə: “Aşura zamanı şagirdlər dərsdən yayınmamalıdırlar”

Komitə: “Aşura zamanı şagirdlər dərsdən yayınmamalıdırlar”
03 Sentyabr 2018 - 12:55

"Məhərrəm ayı, o cümlədən Aşura mərasiminin keçirilməsi dərs dövrünə təsadüf edir. Aşura zamanı şagirdlər dərsdə olmalıdırlar. Biz uşaqların hüquqları ilə bağlı qanunvericiliyə riayət etməliyik və onlar dərsdən yayınmamalıdırlar".

ONN media xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov "Milli təhlükəsizliyə əsas təhdidlərdən biri-dini radikalizm" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, həmin dövrdə uşaqların dərsdən yayınmasına görə valideynlər də məsuliyyət daşıyacaqlar.

S.Heydərov qarşıdan gələn Məhərrəm ayında dini mərasimlərin sivil formada qeyd olunacağına ümid etdiyini bildirib: "Məhərrəm ayı son illər ərzində adət formasında keçirilir, bu il də bunlar belə keçiriləcək. Son illərdə Məhərrəm ayı ilə bağlı yaxşı mənada tendensiya müşahidə edirik. Aşura mərasimi qanunlara hörmət, daha sivil formada keçirilir. Baş yarmaq və digər hərəkətlər demək olar ki, yox dərəcəsindədir. Bu da maarifləndirmə işlərinin nəticəsidir".

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png