ONN İnformasiya Agentliyi

Bakıda 45 ünvanda yeni dayanacaq tikiləcək

Bakıda 45 ünvanda yeni dayanacaq tikiləcək
07 Sentyabr 2018 - 17:19

Bakıda sərnişinlərin müntəzəm marşrut xətt avtobuslarından rahat və təhlükəsiz istifadəsi üçün zəruri infrastrukturun təşkili işləri davam edir.

BakıNəqliyyat Agentliyindən (BNA) ONN media-ya verilən məlumata görə, 45 ünvanda Azərbaycan dövlət tikinti normaları nəzərə alınaraq, “cib” tipli dayanacaq məntəqəsinin təşkilinə başlanılıb.

Nəzərdə tutulan ünvanlar vətəndaş müraciətləri və Bakı Nəqliyyat Agentliyi mütəxəssislərinin apardığı təhlillər əsasında müəyyən edilib.

Qeyd edək ki, işlərə ilk olaraq Yeni Salyan yolu 22 ünvanında jurnalistlər üçün yeni salınan yaşayış kompleksinin qarşısında və yolun əks tərəfində start verilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png