Ağdaşda yol qəzası olub.
ONN media xəbər veirr ki, hadisə rayonun Zeynəddin kəndi ərazisində baş verib.
1968-ci il təvəllüdlü Nəsimi Məsimov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən yolun kənarı ilə velosiped sürən kənd sakini, 1994-cü il təvəllüdlü Məhəmməd Osmanovu vurub.
Hadisə nəticəsində yaralanan M.Osmanov xəstəxanaya aparılsa da, orada həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.