ONN İnformasiya Agentliyi

Azərbaycanda bu məktəblər ləğv edilir – RƏSMİ

Azərbaycanda bu məktəblər ləğv edilir – RƏSMİ
31 May 2019 - 18:35

Hazırda paytaxtın yeddi məktəbində axşam növbəsində dərs keçirilir, bir ildən sonra bu məktəblər fəaliyyətini dayandıracaq.

ONN media publika -ya istinadən  bunu Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Firudin Həmzəyev “Məktəbəhazırlıq; Eksternat imtahanların keçirilməsi” mövzusunda çıxışı zamanı deyib.

“Bu məktəblərin ləğv edilmə səbəbi icbari təhsilin doqquz illik olması ilə bağlıdır. Əvvəl icbari təhsil 11 illik idi. Ona görə də doqquzuncu sinifdən sonra təhsilini dayandıran şəxslər attestat almaq üçün təhsili tam mənimsəməli idi.

Axşam məktəblərində isə iki illik dərs üç ilə keçilirdi. İki il əvvəl axşam məktəblərində təhsil alan şagirdlərin sayı 700-ə yaxın olub və artıq onuncu sinifdən sonrakı müddətdə axşam məktəbinə müraciət olmadığı üçün gələn ildən bu məktəblər fəaliyyətini dayandıracaq”, – nazirlik rəsmisi bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png