ONN İnformasiya Agentliyi

Gürcüstanda atışma – ÖLƏN VAR

Gürcüstanda atışma – ÖLƏN VAR
07 Dekabr 2020 - 22:46

Axşam saatlarında Gürcüstanın Poniçala (Soğanlıq) qəsəbəsinin Davit Quramişvili küçəsində atışma qeydə alınıb.

ONN media  xəbər verir ki, 39 yaşlı kişi öz evinin qarşısında odlu silahla vurulub.

Hadisə zamanı güllə yarası alan şəxs xəstəxanaya aparılsa da lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin hansı zəmində baş verdiyi hələlik məlum deyil, əraziyə gələn kriminal polis əməkdaşları araşdırmaya başlayıb.

Faktla bağlı Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) və 236-cı (qanunsuz olaraq odlu silah alma, saxlama, gəzdirmə) maddələri ilə istintaq başladıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png