ONN İnformasiya Agentliyi

Yaponiya paytaxtında fövqəladə vəziyyət elan ediləcək

Yaponiya paytaxtında fövqəladə vəziyyət elan ediləcək
07 Yanvar 2021 - 14:57

Yeni koronavirusun sürətlə yayılması səbəbiylə Tokyo, Kanaqava, Saytama və Tiba prefekturalarını əhatə edən və 37,2 milyon əhalisi olan Böyük Tokio paytaxt zonasında bir ay müddətinə fövqəladə vəziyyət elan ediləcək.

ONN media   bildirir ki, bu barədə Yaponiyanın Baş naziri Yosihide Suqa bəyan edib.

Onun sözlərinə görə, Nazirlər Kabineti yanvarın səkkizindən fevralın yeddisinə kimi iaşə müəssisələrinin iş saatlarını azaltma, yerli şirkətlərin işçilərini uzaqdan iş rejiminə keçirtmək və ictimai tədbirlərdə iştirak edənlərin sayını məhdudlaşdırmaq üçün çağırış edəcək.

Bundan başqa yerli sakinlərdən saat 20:00-dan sonra zərurət olmadan evlərini tərk etməmələri xahiş ediləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png