ONN İnformasiya Agentliyi

“Qarabağ”ın oyunu təxirə salındı

“Qarabağ”ın oyunu təxirə salındı
18 Yanvar 2024 - 17:57

Azərbaycan Premyer Liqasının XXIII turunun “Qəbələ”-“Qarabağ” oyunu təxirə salınıb.

ONN media xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.

Bildirilib ki, “Qarabağ”ın rəsmi müraciəti və “Qəbələ”nin razılıq məktubunu nəzərə alan PFL Əsasnamənin 6-cı maddəsinin 2-ci bəndinə əsasən, ağdamlıların Azərbaycanı UEFA Avropa Liqasında layiqincə təmsil etməsi məqsədilə qarşılaşmanı təxirə salıb.

Görüşün hansı tarixdə baş tutacağı ilə bağlı hələ ki, qərar verilməyib. Ancaq klubların əvəzedici heyətləri arasındakı matç təqvimə uyğun şəkildə reallaşacaq.

Qeyd edək ki, XXIII turun digər görüşləri fevralın 17-18-də keçiriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png