ONN media bu günün qoroskopunu təqdim edir. Qoç - narahat, qarışıq, laübəli gündür. Səbrli və təmkinli olsanız, tərəfdaşlarınızla həmkarlarınızın rəğbətini qazana bilərsiniz. Praktiki məsələlər indi ön planda olmalıdır. Bəzi planlar və layihələrə yenidən baxmaq zamanıdır. Şəraiti dəyərləndirin. Mümkün dəyişikliklərin verə biləcəyi üstünlüklər və problemləri təxminləyin. İstənilən məsələnin qapalı yönlərini hesablayın. Yalnız imkanlarınızı dəyərləndirəndən sonra məqsədə doğru irəliləyin. İnformasiya mübadiləsindən çəkinməyin, yazışın, məsləhət alın. Rasionu qaydaya salın. Buğa - ambisiyalarınız və maliyyə gözləntiləriniz ciddi narazılığa səbəb ola bilər. Bunun səbəbi rəqabətin güclənməsi və işgüzar münasibətlərə şəxsi maraqların qarışmasıdır. Kompromis tapmaq, ambisioz adamı sakitləşdirmək, emosiyasız davranmaq çətindir. Məqsəd əlçatmaz olduğundan yeni orientirlər seçin. Sizi çoxdan maraqlandıran suala cavab tapılacaq ki, bu da sonrakı hadisələrin inkişafının açarıdır. Emosional münasibətlərdə soyuma olacaq. Praqmat olun. Praktiki məsələləri həll etməyə çalışın. Səhhətinizə fikir verin. Əkizlər - gördüyünüz işin maraqlı olmasına çalışın. İşlər çoxdur, proseslər ləng inkişaf edir. Həmişəki vaxtlardan fərqli olaraq nəticələri daha çox gözləməli olacaqsınız. Bir qədər istirahət etmək, tempi aşağı salmaq, hadisələri nəzarətdən çıxarmaq meyllərinə aldanmayın. Belədə daha çevik və qıvraq rəqib sizi qabaqlayacaq. Mühüm danışıqları planlaşdırmayın. İstənilən müzakirə emosional olacaq. Prosesə cəlb olunmuş bütün tərəfləri razı salacaq varianta nail olmaq çətindir. İşdə daha çox qalmağa, evə gecikməyə hazır olun. Yardıma ehtiyacı olana kömək edin. Axşam saatlarında aktiv istirahəti seçin. Xərçəng - fəaliyyət müstəvisində maneələrin yarandığını hiss edəndə təmkinli olun, hadisələri süni şəkildə sürətləndirməyə çalışmayın. Rəğbət bəslədiyiniz insan sizdən uzaqlaşa bilər. Sirr saxlanan məqamları və şərtləri aşkarlayan münasibətlərin müzakirəsi vidalaşmaya, əməkdaşlığın dayandırılmasına səbəb olmasın. Əldə edilən nəticəni qoruyun. Təşəbbüsünüzə rəqiblərin yiyələnməsinə imkan verməyin. Ailə üzvlərinizin daha həssas, daha qayğıkeş yanaşmaya ehtiyacları var. Onların maraqları və istəklərini qulaqardına vurmayın. Münasibətlərdə gözə dəyən yeni təfərrüatlar yeni davranış modelini formalaşdırır. Səhhətinizə və xarici görkəminizə fikir verin. Şir - yaxın günlərin təməlinin qoyulduğu vaxtdır. Uzunmüddətli perspektivlərinizə əhəmiyyətli təsir göstərə biləcək önəmli zamandır. Hansısa məsələdə uğursuzluğa düçar olmaq, planları reallaşdırmaq imkanlarını itirmək, situasiyanın mənfi təsirini və yad insanların müdaxiləsini hiss etmək riski var. Tələsməyin, aramla davranın. Yaxın ətrafınızdakı insanların nəyə qadir olduqlarını anlamağa çalışın. Səhhətinizə fikir verin, özünüzü stressə düçar etməyin. Axşam saatlarında günün olaylarını təhlil edin. Bilik və təcrübəyə əsaslanan məsləhətləri qulaqardına vurmayın. Qız - çox məsuliyyətli gündür. Önəmsiz saydığınız məsələ diqqətli yanaşma tələb edir. Məsələlərin kökünə baxın. Cari uğur və uğursuzluqları dəyərləndirməyə çox vaxt ayırmayın. Baş verənlər xüsusi əhəmiyyət daşıyır. Əmək, səy və səbr nəticəsində yaxşı nəticələr əldə edəcəksiniz. Yeni faydalı ideyalar formalaşa bilər. Yaşam arealının rekonstruksiyasına başlayın. Münasibətlərdə sayıq olun. Əməkdaşlığı yeni istiqamətə yönləndirmək imkanları yaranır. Axşam saatlarında impulsiv, emosional olmayın. Tərəzi - baş verənləri diqqətlə müşahidə edin. Niyyətlərinizi səbatlı edin, imkanlardan effektiv yararlanın. Hadisələr, əhval, əməllər, insanların niyyətləri - hamısının önəmi var. Ünsiyyətin ab-havasını yaxşılaşdırın. Əyləncə və istirahəti hələlik unudun. Gərəkli informasiyanı arayın. Lazımi istiqamətdə hərəkət edin.
Günün qoroskopu: Alış-verişi təxirə salın



Günün qoroskopu: Rasionu qaydaya salın
Günün qoroskopu: İşi tez bitirmək əvəzinə, keyfiyyətlə başa vurmağı düşünün
Günün qoroskopu: Ailə münasibətlərində qarşılıqlı anlaşma ən önəmli məqamdır
Günün qoroskopu: Ətrafınıza mənfi təsir etməyin
Günün qoroskopu: şəxsi problemləri müzakirə etmək məsləhət deyil
Günün qoroskopu: yaxın ətrafınızdakı stress vəziyyətlərə reaksiya verin
Günün qoroskopu: bir işin xətrinə başqasından imtina edə bilərsiniz
Günün qoroskopu: tərəfdaşlarınızı diqqətlə dinləyin
Günün qoroskopu: perspektivdə "stavka" edəcəyiniz ciddi işlərlə məşğul olun
Günün qoroskopu: mənfiliyə köklənməyin
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq 