ONN media bu günün qoroskopunu təqdim edir.
Qoç - qalmaqallara meylli insanlardan uzaq durun. Pozitiv dəyişikliklər tərəfdaşın aktivliyi, onların yeni ideyaları və təşəbbüsü ilə bağlı ola bilər. Onların qərarı əsl avantüra təsiri bağışlasa da, etiraz etməyin.
Buğa - hadisələrin təbii axarı aktivliyinizi müəyyənləşdirməlidir. İstənilən iş üçün münbit gün olduğundan şəraitdən maksimum yararlanın. Mümkün çətinlikləri əvvəlcədən təxminləmək üçün intuisiyanızı işə salın.
Əkizlər - bilik və informasiya axtarışında, ünsiyyətdə sizi maraqlı hadisələr gözləyir. Yaşamınıza spontan daxil olan ünsürlərlə maraqlanın. Prioritetlər az sonra özləri dəqiqləşəcək.
Xərçəng - məqsədə çatmaq üçün yasaq metodlardan istifadə etməyin. Çətin olsa da, səbrli və müdrik davranın. Təsir edə bilmədiyiniz şərtləri müəyyənləşdirin, güzəştə ehtiyac yaranarsa, gecikməsin.
Şir - bütün əkslikləri adi, ənənəvi yollarla aradan qaldırmaq mümkün deyil. Mübahisə, əlavə iş istisna deyil.
Qız - adətən görmədiyiniz işlər sizi gözləyir. Ağır, çətin gündür. Dəyişiklik, problemlərdən qurtuluş istəyi yaranır. Gərginlik artır. Planlar sizdən asılı olmayaraq dəyişə bilər.
Tərəzi - dostlarla ünsiyyətdə fayda var. Romantik münasibətlərdə məntiq az, iradlar çoxdur. Sevdiyiniz insanla münasibətlərinizi tarıma çəkməyin.
Əqrəb - bir işin xətrinə başqasından imtina edə bilərsiniz. Sizə faydalı ola biləcək insanlarla görüşün.
Oxatan - yaxın gələcəkdəki perspektivlər üçün fövqələdə dərəcədə mühüm gündür. Yaşanan saatlar istiqamətin dəyişməsi, kursun fərqli istiqamətə yönəlməsinə səbəb ola bilər.
Oğlaq - rəqibləriniz mühüm məsələnin həllində axtarışlarda olanda siz onları üstələyə bilərsiniz. Günün ikinci yarısında çətinliklər mənfəətə çevriləcək.
Dolça - başladığınız işlərdə, tələb və niyyətlərinizdə ifrata varmayın. İşgüzar münasibətləriniz və yaxın təmaslarınızın olduğu insanlarla sərt davranmayın.
Balıqlar - dəqiq niyyətləriniz olmadan danışıqlar aparmayın. Planlar və ideyalar cazibədar təsir bağışlaya bilər. Lakin dəqiq hesab və ilkin hazırlıq olmalıdır.(milli.az)



Günün qoroskopu: bir işin xətrinə başqasından imtina edə bilərsiniz
Günün qoroskopu: yaxın ətrafınızdakı stress vəziyyətlərə reaksiya verin
Günün qoroskopu: Sizə faydalı ola biləcək insanlarla görüşün
Günün qoroskopu: dəvət aldığınız tədbirə qatılın
Günün qoroskopu: Tərəfdaşlar və həmkarlarla münasibətləri daha da inkişaf etdirin
Günün qoroskopu: Ehtiyac olmadan risk etməyin
Günün qoroskopu: başqalarının uğurlarına paxıllıq etməyin
Günün qoroskopu: Diqqətli olun, maraqlarınızı müdafiə edin
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 