Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında iştirak etmək üçün yanvarın 21-də Fransanın Strasburq şəhərinə səfər edəcək.
Milli Məclisdən verilən məlumata görə, nümayəndə heyətinə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sahibə Qafarova, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sabir Hacıyev, Elşad Həsənov, Vüsal Hüseynov, Fazil Mustafa, Asim Mollazadə, Rövşən Rzayev daxildir.
Tədbirdə AŞPA-nın yeni prezidenti seçiləcək, Büro və Daimi komitənin illik hesabatları təqdim olunacaq. Avropa Şurasının Baş katibi və İnsan hüquqları üzrə komissarı 2017-ci ildə görülən işlərlə bağlı məruzə edəcəklər. Təşkilatın Nazirlər Komitəsinin fəaliyyəti barədə hesabat veriləcək.
Toplantıda Avropada regional və milli azlıqların dillərinin qorunması, Ukraynadakı vəziyyətin humanitar nəticələri, müasir idman idarəçiliyi, 2017-ci ildə Assambleyada monitorinq prosedurunun təkmilləşdirilməsi, İrlandiya, Macarıstan, Yunanıstan, Estoniya, Bosniya və Herseqovina tərəfindən öhdəliklərin yerinə yetirilməsi məsələlərinə baxılacaq.
Sessiyada Azərbaycan nümayəndə heyətinin üzvləri Sevinc Fətəliyevanın və Vüsal Hüseynovun AŞPA-nın Sosial məsələlər, Hüquqi işlər və insan hüquqları komitələrində təqdim etdikləri “Silahlı münaqişələr zamanı zərər çəkmiş uşaqların qorunması”, “Ölüm hökmü və işgəncələr zamanı istifadə olunan ləvazimatların ticarətinə qarşı beynəlxalq qaydaların təkmilləşdirilməsi” mövzularında məruzələrin müzakirəsi keçiriləcək. Səfər yanvarın 28-də başa çatacaq.
ONN media



AŞPA-nın qış sessiyası bu tarixdə işə başlayacaq
Deputatlar bu məsələlərə görə Strasburqa gedirlər
Səməd Seyidova YENİ VƏZİFƏ verildi
Deputatlar AŞPA-nın komitə iclaslarında iştirak edəcək
Milli Məclisin komitə sədri AŞPA-nın tədbirində iştirak edəcək
Sahibə Qafarova bu gün Rusiyaya gedəcək
Sahibə Qafarova Macarıstana gedir
Sahibə Qafarova Rusiyada rəsmi səfərdədir
Sahibə Qafarova Türkiyəyə gedir - SƏFƏRİN SƏBƏBİ...
Bu deputatlara maşın verilir - Siyahı
Sahibə Qafarova Pakistana gedir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 