Cocuq Mərcanlıda ikinci mərhələdə evlərin tikintisi artıq başa çatıb.
ONN media bildirir ki, bunu Trend-ə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov deyib.
K.Həsənov bildirib ki, hazırda suvarma məqsədi ilə çəkilən xətlərlə bağlı bəzi tamamlanma işləri aparılır.
İcra başçısı qeyd edib ki, sakinlərin köçürülməsi üçün artıq hər şey hazır vəziyyətdədir, sadəcə hava şəraiti köçürmə prosesini bir az ləngidib. K.Həsənovun sözlərinə görə, bu və ya gələn ay artıq sakinlərin Cocuq Mərcanlıya köçürülməsi nəzərdə tutulur.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2017-ci il 15 iyun tarixli Sərəncamına əsasən, Cocuq Mərcanlıda aparılan tikinti-bərpa işlərinin birinci mərhələsində yeni salınan qəsəbədə 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib. İkinci mərhələdə isə Cocuq Mərcanlıda 100 ev və digər sosial obyektlər tikilib.



Cocuq Mərcanlıda son vəziyyət necədir?
Cocuq Mərcanlıda yeni müəssisə açıldı
Qarşıdakı həftə Cocuq Mərcanlıda AÇILIŞ OLACAQ
Cocuq Mərcanlıda yeni uğur
Cocuq Mərcanlıda YENİLİK
Bakıdan Cocuq Mərcanlıya ilk marşrut xətti açılır
Yeni nazir Cocuq Mərcanlıda
Bakıdan 18, Sumqayıtdan 2 ailə Cocuq Mərcanlıya köçürülüb
Cocuq Mərcanlıda Novruz şənliyi - FOTO
Cocuq Mərcanlıda çoban minaya düşdü
Cocuq Mərcanlıya 400 kitab hədiyyə olundu - FOTO
Cocuq Mərcanlı kəndinə elektrik yarımstansiyası sıradan çıxdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 