Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Cocuq Mərcanlı kəndində bərpa işlərinin ikinci mərhələsindən sonra oraya 50-dən çox ailənin köçürülməsini təmin edib.
Komitədən ONN media-ya verilən məlumata görə, bunlar əsasən Bakı və Şirvan şəhərlərində, Oğuz, Sabirabad və Biləsuvar rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələridir. Müxtəlif bölgələrdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin yeni yaşayış yerlərinə köçürülməsi məsələsi ilə mövcud qanunvericiliyə uyğun yaradılmış vahid komissiya məşğul olur. Köçürülmə prosesi hazırda davam edir.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı 24 yanvar 2017-ci il tarixli sərəncam imzalayıb. Sərəncama əsasən kəndin ərazisi minalardan təmizlənərək ilkin mərhələdə kənddə 50 fərdi yaşayış evi, məktəb binası və digər müvafiq infrastruktur inşa edilərək, 14 iyun 2017-ci ildə istifadəyə verilib, məcburi köçkünlərin buraya köçürülməsi qısa müddətdə başa çatdırılıb. Kənddə bərpa işlərinin ikinci mərhələsində, dövlət başçısının 15 iyun 2017-ci il tarixli sərəncamına uyğun olaraq, əlavə 100 yaşayış evi, uşaq bağçası, həkim məntəqəsi və digər zəruri obyektləri inşa edilib.



Bakıdan Cocuq Mərcanlıya ilk marşrut xətti açılır
Cocuq Mərcanlıda yeni uğur
Cocuq Mərcanlıda son vəziyyət necədir?
Qarşıdakı həftə Cocuq Mərcanlıda AÇILIŞ OLACAQ
Cocuq Mərcanlıda yeni müəssisə açıldı
Ümid qəsəbəsinə məcburi köçkünlərin köçürülməsi başlanıb
Məcburi köçkünlərin yaşadığı ərazidə sürüşmə baş verdi
Bakıda yataqxananın dam örtüyü çökdü - 17 MƏCBURİ KÖÇKÜN AİLƏSİ...
Məcburi Köçkünlər evlərindən çıxarılır?- AÇIQLAMA
Köçkünlərə ŞAD XƏBƏR- Yeni mənzillərlə təmin olunacaq
Daha 10 ailə Ağalıya köçürüldü
DİQQƏT- Evdən çıxarıla bilərsiniz
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 