"Həmin qanunda söhbət qaydaları dəyişməkdən yox, onları təsbit etməkdən gedir"
“Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsində nəzərdə tutulan dəyişikliklərlə bağlı mediada və sosial şəbəkələrdə müzakirələr davam edir. Çoxları lüğətdəki son dəyişikliklərin Azərbaycan dilinin qayda-qanunlarına uyğun olmadığını, layihənin qəbul ediləcəyi halda sonu görünməyən mübahisələrə gətirib çıxaracağını bildirir. Bu dəyişmələrin zəruriliyi ilə bağlı dilçi-alimlərin arqumentlərini əssasız, linqvistik baxımdan qüsurlu sayan ziyalılar bir sıra bəndləri, xüsusən 37-ci bəndin müddəalarını layihədən çıxarmağı məqsədəuyğun hesab edirlər.
Son günlərdə qayda dəyişikliklərinin zərurətindən danışan Dilçilik İnstitutunun rəhbərləri bu məsələdə məsuliyyəti öz üzərlərindən atmağa və addımlarını “Azərbaycan Respublikasının Dövlət dili haqqında Qanunu” ilə əsaslandırmağa başlayıblar. Direktor Möhsün Nağısoylu İTV-nin səhər efirindəki çıxışında dəyişiklikləri adı çəkilən qanunla əlaqələndirməyə çalışıb. Onun müavini Baba Məhərrəmli isə bir az da dərinə gedərək bəzi saytlara verdiyi açıqlamasında deyib ki, “orfoqrafiyanın dəyişdirilməsi dövlət sifarişidir”. Bunu qanunla əsaslandıran B.Məhərrəmli əlavə edib ki, həmin qanunun 13-cü bəndinə əsasən, “orfoqrafiya lüğəti 5 ildən bir dəyişdirilməlidir. Yəni orfoqrafiya lüğətinin dəyişdirilməsi dövlətimizin qanunu ilə tənzimlənir. Dilçilik İnstitutu bu işi özbaşına həyata keçirə bilməz...”. Beləliklə, direktor müavini Dövlət dili haqqında qanunun müvafiq maddəsini ictimaiyyətə təhrif olunmuş şəkildə çatdırıb.
Bu məsələ ilə bağlı Moderator.az-ın sualını cavablandıran hüquqşünas Nigar Hüseynova bildirib ki, adı çəkilən və 2002-ci il 30 sentyabr tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Dövlət dili haqqında Qanun”un dil normalarından bəhs edən 13-cü maddəsi iki paraqrafdan ibarətdir.
"Birincidə deyilir ki, Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Hüquqi, fiziki və vəzifəli şəxslər həmin normalara əməl etməlidirlər. 13.2-də isə göstərilir ki, müvafiq icra hakimiyyəti orqanı 5 ildə bir dəfədən az olmayaraq yazı dili normalarını təsbit edən lüğətin (orfoqrafiya lüğətinin) nəşr olunmasını təmin edir”.
Göründüyü kimi, qanunda söhbət dəyişməkdən yox, təsbit etməkdən, yəni fəaliyyətdə olan mövcud qaydaların düzgünlüyünü, sabitliyini təsdiqləyən lüğəti nəşr etməkdən gedir. Ona görə də məsuliyyəti qanunun üzərinə atmaq doğru deyildir və Dilçilik İnstitunun rəhbərliyi bunu mütləq ciddiyə almalıdır.
PS.Görəsən, məqsəd nədir axı? Dövlətin ən vacib mövcudolma atributlarından olan dövlət dilinə qarşı "dəyişdirmə" əməliyyartı kimin marağındadır? Hətta iş o yerə gəlib çatıb ki, həmin niyyətin gerçəkləşməsi üçün ictimaiyyət qarşısında Qanunu təhrif etməyə də qol qoyurlar. Şəxsən, bu addım bizdə bir sıra şübhələrə yol açır. Allah qorusun!
ONN media



Orfoqrafiya lüğətinin siqnal nüsxəsi çapdan çıxdı
Bu sözlərin yazılış qaydası DƏYİŞDİRİLİR
Yeni orfoqrafiya lüğətinə 4000 yeni söz daxil edilib
Orfoqrafiya müzakirələri dayandırıldı
Azərbaycan dilindən bu sözlər çıxarılır
“Əsgər” sözü “əskər”, “alqı-satqı” isə “alğı-satqı” kimi yazılacaq - RƏSMİ
Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinə 6 min söz əlavə edildi
Orfoqrafiya lüğətindən 10 min söz çıxarılacaq
Yeni orfoqrafiya lüğəti bu prinsiplər əsasında hazırlanacaq - Möhsüm Nağısoylu AÇIQLADI
Hörümçək sözü lüğətdən çıxarılıb? - AÇIQLAMA
Azərbaycan dili ilə bağlı MÜHÜM YENİLİK
Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları hazırlanıb
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı 