"Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.
FHN-nin mətbuat xidmətindən ONN media-ya verilən məlumata görə, axtarışlar yüksək dağlıq ərazidə mürəkkəb meteoroloji şəraitdə aparılır. Bugündən hava şəraiti daha da pisləşib. Axtarış-xilasetmə tədbirlərinin aparıldığı ərazidə güclü külək və qar müşahidə olunur. Meteoroloji şəraitin getdikcə sərtləşəcəyi proqnozlaşdırılır. Lakin buna baxmayaraq, axtarış-xilasetmə tədbirlərinin fasiləsiz aparılması nəzərdə tutulub.
Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan axtarış işlərinə Nazirliyin müvafiq xilasetmə qurumlarının canlı qüvvə və texnikası, xüsusi təlim keçmiş itlər cəlb olunub. Həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (xüsusi təyinatlı avadanlıqlarla təhciz edilmiş) və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir.
Qeyd edək ki, axtarış işləri barədə məlumatlar FHN-in rəsmi internet informasiya portalında (fhn.gov.az) mütəmadi dərc olunur.
Fövqəladə Hallar Nazirliyi təəssüf hissi ilə bildirir ki, əməliyyat barədə məlumatların mütəmadi yenilənməsinə baxmayaraq, bəzi xəbər saytları həqiqəti əks etdirməyən məlumatlar yayır.
Əməliyyat Qərargahı bildirir ki, alpinistlərlə əlaqənin itməsi barədə ilk məlumat Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə dekabrın 26-da axşam saatlarında daxil olub. Növbəti gün, 27 dekabr 2017-ci il tarixində səhər saatlarında axtarış-xilasetmə işlərinə başlanılmışdır. Axtarış-xilasetmə əməliyyatına Fövqəladə Hallar Nazirliyinin mürəkkəb şəraitlərdə xilasetmə işləri aparmaq təcrübəsi olan peşəkar xilasediciləri cəlb olunub.
Fövqəladə Hallar Nazirliyi kütləvi informasiya vasitələrinə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə müraciət edərək Nazirliyin fəaliyyəti, xüsusilə də baş verən hadisələrlə bağlı rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə çağırır və bu cür məlumat yayanlara diqqətli olmağı, yaranmış vəziyyətə həssaslıqla və anlayışla yanaşmağı tövsiyyə edir.



İtkin alpinistlərlə bağlı FHN-dən AÇIQLAMA
İtkin düşən alpinistlərlə bağlı FHN-dən AÇIQLAMA
ANAMA mütəxəssisləri alpinistlərin axtarışlarına qoşuldu - FOTO
Alpinistlərin axtarışları ilə bağlı FHN məlumat yaydı
FHN alpinistlərin axtarışı ilə bağlı məlumat yaydı
İtkin düşmüş alpinistlərin axtarışları davam edir
İtkin düşən alpinistlərdən üzücü xəbər - Birinin meyiti tapıldı
FHN sosial şəbəkə istifadəçiləri və KİV-ə müraciət etdi
İtkin düşən alpinistlərin izi tapılıb
İtkin düşmüş alpinistlərin üçünün də meyiti tapıldı - YENİLƏNİB
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 