“Vətəndaşlar tərəfindən özbaşına tikilən fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən beynəlxalq təcrübə öyrənilib və təhlillər aparılıb. Bunun əsasında müvafiq konsepsiya sənədi hazırlanaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilib”. ONN media xəbər verir ki, bunu “Report”a söküləcək qanunsuz tikilən evlərə görə kompensasiyanın verilməsi ilə bağlı yayılan məsələlərə aydınlıq gətirən ƏMDK-nın mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov deyib. Q.Xəlilov deyib ki, onun adından yayılan məlumatlar həqiqəti əks etdirmir: “Qanunsuz tikilən evlərə görə kompensasiyanın veriləcəyi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Komitə tərəfindən həmçinin ölkədə mövcud bütün əmlakların uçota alınması və qeydiyyatı ilə bağlı digər ölkələrin təcrübələri öyrənilir. Burada vətəndaşlar tərəfindən özbaşına inşa edilmiş və onların uzun müddət istifadəsində olan sənədləşdirilməmiş fərdi yaşayış evlərinin qeydiyyatı ilə bağlı məsələlərdə var. Ölkə başçısının bu sahəyə xüsusi diqqəti və verdiyi tapşırıqlara əsasən artıq işçi qrupu yaradılıb. Həmçinin bütün rayonlarda yerli icra hakimiyyətinin, bələdiyyələrin və aidiyyəti dövlət təşkilatlarının nümayəndələrindən ibarət yerli ekspert komissiyaları yaradılıb. Artıq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Torpaqların Elektron Kadastr Uçotu başa çatmış şəhər və rayonlar üzrə müxtəlif təyinatlı torpaqlarda inşa edilmiş özbaşına tikililər barədə məlumatları elektron formatda yerli ekspert komissiyalarına təqdim edib. Komissiyalar yerlərdə həmin məlumatlar əsasında özbaşına tikililərin invertarlaşdırılması və dəqiqləşdirlməsi işlərini həyata keçirəcək”.
Qanunsuz tikilən evlərə görə kompensasiya veriləcək?



Qeydiyyatsız evlərlə bağlı VACİB AÇIQLAMA
Azyaşlı məhkumlar həbsxanadan qaçıb?- RƏSMİ
Azərbaycanda daha bir vəzifəli şəxs saxlanılıb?- Rəsmi
Aksiyanın qarşısını alan polislər işdən çıxarılıb? - Rəsmi
Nəbatət bağı ilə bağlı rəsmi açıqlama
Xankəndiyə qayıdışla bağlı bu xəbər yalandır - Rəsmi
Nəsimi Nəbizadə polis tərəfindən saxlanılıb? - DİN-dən AÇIQLAMA
Sənədsiz ev sahiblərinə şad xəbər
Çıxarışı olmayan mənzil sahiblərinin nəzərinə!
DİN: Elxan Həsənovun təqaüdə göndərilməsi ilə bağlı məlumatlar yalandır
Metroda gedişhaqqı 97 qəpik olacaq? - RƏSMİ CAVAB
Ata Abdullayev həbsdə intihar edib? - DTX-dan AÇIQLAMA
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 