Azərbaycan İslam dünyasının bir parçasıdır və müsəlman ölkələrində baş verən mənfi proseslər, tendensiyalar bizim üçün də narahatlıq doğuran amillərdəndir.
ONN media Report-a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə İstanbulda keçirilən “Qüds: Vəhyin müqəddəsləşdirdiyi şəhər” adlı beynəlxaq konfransda bildirib.
Onun sölərinə görə, Azərbaycan dövləti və xalqı da bu xoşagəlməz halların aradan qaldırılmasında, müsəlman ölkələrinin sülh və sabitlik şəraitində yaşamasında maraqlıdır:
“Azərbaycan Şərqi Qüdsün Fələstinin paytaxtı olmaqla məsələnin iki dövlət arasında həllinin tərəfdarıdır. Ölkəmiz İslam həmrəyliyinə böyük töfhələr verir. Ötən ilin Azərbaycanda “İslam Həmrəyliyi İli" elan olunması buna əyani sübutdur. Biz müsəlman coğrafiyasında sevgi və barışın tərəfdarıyıq. Ölkəmizin Fələstin Dövlətinə hümanitar yardımı və mənəvi dəstəyi bundan sonra da davam edəcək”.
A.Paşazadə həmçinin Türkiyə prezidneti Rəcəp Tayyip Ərdoğanın “Qüds bizim üçün “qırmızı xət”dir və o, hər zaman müsəlmanların olacaq” sitatını xatırladıb və qardaş ölkənin müsəlman coğrafiyasında baş verənlərə həssaslıqla yanaşmasının təqdirəlayiq olduğunu söuləyib:
“Müsəlmanların haqlı müdafiəsinə qalxan Türkiyə hökümətinə minnətdarıq. Səmavi dinlər üçün müqəddəs sayılan və ilk qibləgah olan Qüdsün problemi hər bir müsəlmanın və bütün müsəlman coğrafiyasının problemidir. Barışın qapısı, barışın açarı Qüdsdür və bu problemi birlik, bərabərlik içində yoluna qoymalıyıq”.
O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunub:
“Bu problem də müsəlman coğrafiyasında hələ də həllini gözləyən böyük münaqişə ocaqlarından biridir. Biz Avropa və Qərb dövlətlərinin müsəlman ölkələrində baş verənlərə münasibətdə ikili standartlara yol verdiyini görürük. Burada hansı ədalətdən söz gedə bilər?! Azərbaycan torpaqları onun xalqına məxsusdur və Dağlıq Qarabağ probleminin həlli üçün müsəlman coğrafiyasını birliyə çağırırıq”.



"Siyasətçilərin gördüyü işləri öz məcrasına qaytarırıq" -Allahşükür Paşazadə
Prezident İlham Əliyev: “ABŞ Qüdslə bağlı qərarına yenidən baxmalıdır”
Allahşükür Paşazadə Türkiyəyə getdi
“Fələstin xalqının yanındayıq” — Nazir
Çindən Qüds Zirvəsinə dəstək gəldi
Dövlət başçısı: "Biz müsəlman aləmində birinci, Avropada ikinciyik"
Qafqaz Müsəlmanları İdarəsinə 4 milyon manat ayrıldı - SƏRƏNCAM
Allahşükür Paşazadə Rusiyaya gedir
Azərbaycan vətən müharibəsi aparır
Allahşükür Paşazadə Səudiyyə kralı ilə görüşdü
QMİ sədri: "Rusiyanın İŞİD-ə qarşı əməliyyatlarını dəstəkləyirik"
Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü başlayıb
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 