Altsheymer xəstəliyinin ilkin simptomlarından əvvəl orqanizmin normal sutkalıq ritmi pozulur. Xəstəliyin əsl səbəbi indiyədək məlum olmasa da, “amiloid” fərziyyəsinə görə, xəstəliyin əsasında baş-beyin toxumalarında beta-amiloidin həddən artıq toplanması dayanır. Bu maddənin miqdarı orqanizmin sutkalıq ritminə uyğun olaraq dəyişir – insan yuxuda olarkən azalır, oyaq vəziyyətdə, habelə yuxusuzluq zamanı çoxalır. Altsheymer xəstəliyindən əziyyət çəkənlərdə yuxu tsikli pozulmuş olur. Lakin alimlər ilk dəfə olaraq müəyyənləşdiriblər ki, bioloji saat dəyişikliyi xəstəliyin çox erkən mərhələsində - intellekt pozulmasından əvvəl baş verir.
Publika.az xəbər verir ki, alimlər orta yaşı 66 olan 189 adamın sutkalıq ritmini müşahidə ediblər. Onların heç birində yaddaş, düşünmə, fikri cəmləməklə bağlı problemlər olmayıb. Pasiyentlərin hamısı ya baş-beyin toxumalarında amiloidin miqdarına, ya onurğa beynində amiloid zülalının miqdarına, ya da hər ikisi ilə bağlı müayinədən keçiblər. Bir-iki həftə ərzində onlar yuxu və oyaq qalmaq vaxtlarının əvəzləndiyini müşahidə edən xüsusi bilərzik taxıblar, hər səhər isə axşamı necə keçirdiklərini gündəlikdə ətraflı yazıblar.
Pasiyentlərin 50 nəfərində Altsheymer xəstəliyinin başlanğıcından xəbər verən xüsusiyyətlər müşahidə edilib. Bu adamların hamısında sutkalıq ritmlərin aşkar pozulduğu müşahidə edilib – onlar yuxu çatışmazlığı hiss edib, gecələr yuxudan tez-tez ayılıb, gündüzlər yuxulu olmaqdan əziyyət çəkiblər.
Alimlər nəyin səbəb, nəyin isə, məsələn, sutkalıq ritmin pozulmasının, beyində dəyişikliyin, bioloji saat dəyişikliyinin nəticə olmasını bilmirlər. Lakin bunu söyləmək olar ki, bioloji saat dəyişikliyi Altsheymer xəstəliyinin biomarkeridir.



Koronavirus beyinə necə yayılır? - ARAŞDIRMA
Qəribə yuxu görməyin insana faydası nədir?
Uzun müddət yuxusuz qalmağın NƏTİCƏLƏRİ
Alimlər koronavirusun əsas "hiyləsini" açıqladılar
Seçdiyiniz sənət beyninizi kiçildə bilər
Gündə 2 saat planşetə baxan uşaqlarda...
Telefon və kompüter beyini yandırır - ŞOK ARAŞDIRMA
Alimlər koronavirusun əsas yoluxma üsulunu müəyyənləşdirdilər
Yaddaş itkisinin müalicəsi tapıldı
Artıq çəkinin inanılmaz zərərləri
Gecəyarı acıb, yemək yemək 2 növ xərçəngə səbəb ola bilər – XƏBƏRDARLIQ
Beyini öldürən 5 pis vərdiş
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 