Hindistan alimləri müəyyən edib ki, mitoxondriyadakı sirtuinlər (SIR) adlandırılan xüsusi zülallar qocalma prosesini ləngidir.
ONN media Lenta.ru-ya istinadən xəbər verir ki, araşdırmanın nəticələri bioRxiv.org-da dərc olunub.
Sirtuinlər müxtəlif zülallardan asetilazların kənarlaşdırılmasını katalizasiya edən fermentlərdir. Araşdırmaya görə, nüvədə olan bir sıra sirtuinlər qida qəbulundan asılı olaraq, həşəratların uzunömürlülüyünü nizamlaya bilir.
Hüceyrəyə lazım olan enerjinin hasil edilməsinə cavab verən mitoxondrlarda sirtuinlər yer alsa da, onların qocalma prosesinə təsirləri indiyə kimi məlum olmayıb.
Tədqiqatda model orqanizm olaraq drozofil milçəklərindən istifadə olunub. Alimlər mitoxondral SİRT4 sirtuinlərinin aktivliyini boğaraq, həşəratların ömrünün qısalmasına səbəb olub.
Drozofil milçəklərinin ömrünə qidada olan şəkərlə mayanın qarşılıqlı əlaqəsi təsir edir. Ancaq istənilən qidalanma rejimində həşəratlar qısa müddətdə tələf olub. Bu, qocalma prosesinin süni şəkildə sürətləndirilməsi nəticəsində baş verib.
Gələcəkdə alimlər sirtuinlərin ömrü uzadan funksiyalarını müəyyən edən molekulyar və genetik mexanizmləri araşdırmağa çalışacaq. Bu, qocalmaya qarşı inqilabi terapiyanın ərsəyə gəlməsinə xidmət edə bilər.



Qocalmanı hansı faktor sürətləndirir?
Bu bitki qocalmanın qarşısını alırmış
Ürəyi cavanlaşdıran qida əlavəsi aşkarlandı- ARAŞDIRMA
Qocalmanı ləngidən UNİKAL MEYVƏ
Oruc tutan insan bu xəstəliklərdən qorunmuş olur - Alimlərin araşdırması
Qırmızı soğan bu xəstəlikdən də qoruyurmuş
Məşhur dietoloqdan sürətlə arıqlamağın SİRRİ
Bu ucuz məhsullar dərinizi mükəmməl edəcək!
Məşhur dietoloqdan sürətlə arıqlamağın SİRRİ
Telefonlar insanı qocaldır - ALİMLƏRDƏN XƏBƏRDARLIQ
Nənələr nə üçün nəvələrini övladlarından çox sevirlər? - ARAŞDIRMA
Ağcaqanadlar hansı xəstəlikləri yayır?
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 