“B3” vitamininin alternativ formalarından biri ürək-damar sistemini cavanlaşdırır və qocalma prosesini ləngidir.
ONN media xəbər verir ki, araşdırma haqqında məqalə “Nature Communications” jurnalında dərc olunub.
Araşdırma ABŞ-ın Kolorado universitetindən olan tədqiqat qrupu tərəfindən aparılıb. Sözü gedən qida əlavəsi orqanizmi bədəndə kalorinin çatışmadığı ilə aldadır və beləcə ürək-damar sistemini cavanlaşdırır.
“Yeni maddənin onu uzun müddət qəbul edən insanların orqanizminə təsirini ilk dəfə biz yoxlamışıq. Sınaqlar göstərib ki, orqanizm onu yaxşı qəbul edir və bu birləşmələr kalori çatışmazlığı zamanı aktivləşən gen zəncirlərini işə salır” deyə tədqiqat qrupunun üzvü Daq Sils bildirib.
Silsin sözlərinə görə, alimlər uzun illərdi ki, kalori çatışmazlığı zamanı işə düşən və əsas orqanların hüceyrələrini parçalanmadan və ya mutasiyalardan qoruyan zülal və genlər zəncirini ram etməyə çalışır.
Təcrübələr göstərib ki, buna imkan verən ilk belə maddə məhz “B3” vitamininin alternativ forması – nikotin turşusu, ammiak və şəkər ribozunun birləşməsi ola bilər. Həmin mürəkkəb maddə hələ 20-ci əsrdə kəşf olunsa da, onu qida əlavəsi kimi yalnız bu yaxınlarda tətbiq etməyə başlayıblar.



Ürəyi qoruyan ən yaxşı vasitə
Dünya şöhrətli professor qadınları gözləyən TƏHLÜKƏNİ AÇIQLADI
Meyvə çəyirdəklərinin inanılmaz FAYDALARI
Çiyələyin az bilinən FAYDALARI
Bu iki vasitə yüksək təzyiqi salır
Yer fındığının inanılmaz FAYDASI: Müntəzəm qəbulu...
Bu qan qrupunu daşıyanlara pis xəbər
Yatmazdan öncə diş fırçalamağın inanılmaz faydası
Qara şokolad, yaşıl çay, avokado... - İnsanı cavanlaşdıran qidalar AÇIQLANDI
Ürəyi xəstə olanlar oxusun
Koronavirus insanın bütün orqanlarına təsir edir - ARAŞDIRMA
Yorğunluqdan qurtulmaq üçün nə etməliyik?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 