Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı” tikinti şirkətlərində səyyar monitorinqlərin keçirilməsi davam etdirilir.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən ONN media-ya bildirilib ki, dövlət orqanları tərəfindən tikinti şirkətləri ilə bağlı Mərkəzə daxil olan məlumatlar ilkin olaraq Analitik Monitorinq Sistemi vasitəsilə təhlil edilir və əsas yarandığı halda, Mərkəzin Səyyar monitorinq qrupu tərəfindən tikinti obyektlərində səyyar monitorinqlər həyata keçirilir.
Bu günədək 39 səyyar monitorinq həyata keçirilib. Monitorinqlərin keçirildiyi dövr ərzində 1528 şəxs yoxlanılıb, onlardan 475 şəxsin əmək və ya xidməti (mülki) müqavilə olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib. Monitorinqlərin başlandığı gündən indiyədək Bakı şəhərində çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan tikinti şirkətləri tərəfindən yeni 18452 əmək müqaviləsi bağlanılıb.
Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi xəbərdarlıq edir ki, əmək müqavilələri elektron formada rəsmiləşdirilməli, əmək bildirişləri sistemində müqavilə qüvvəyə minmədən işçi tikinti ərazisində işə cəlb olunmamalıdır. Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda (on nəfər və ondan çox olan) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Monitorinq Mərkəzi tərəfindən müasir innovasiyalardan istifadə etməklə təşkil edilmiş monitorinqlər tikinti sahəsində vətəndaşların əmək hüquqlarının qorunmasını, sosial təminatlardan yararlanması, əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsini təmin etmək məqsədilə davam etdirilir və nəticələri mütəmadi olaraq açıqlanacaq.



Müqaviləsiz işləyənlərin sayı açıqlandı
Zəngilanda Asan Xidmət istifadəyə verildi
Asan Xidmət mərkəzləri bağlandı
“ASAN xidmət”ə 24 milyonuncu vətandaş müraciət edib
Bu 5 rayonda “ASAN xidmət” mərkəzi istifadəyə veriləcək
“ASAN xidmət”də YENİLİK
ASAN mərkəzləri xüsusi rejimdə işləyəcək
"ASAN xidmət" mərkəzlərində dezinfeksiya işləri aparıldı
Prezident ASAN Xidmətlə bağlı fərman imzaladı
Gəncə sakinlərinə ŞAD XƏBƏR
“Azəriqaz”İB-dən ASAN xidmət vasitəsilə daha bir yenilik
Bu qurum "Asan Xidmət" dən alındı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 