Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı” bu günədək 39 səyyar monitorinq həyata keçirilib.
Agentlikdən ONN media-ya verilən məlumata görə, monitorinqlərin keçirildiyi dövr ərzində 1528 şəxs yoxlanılıb, onlardan 475 şəxsin əmək və ya xidməti (mülki) müqavilə olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib. Monitorinqlərin başlandığı gündən indiyədək Bakı şəhərində çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan tikinti şirkətləri tərəfindən yeni 18452 əmək müqaviləsi bağlanılıb.
Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi xəbərdarlıq edir ki, əmək müqavilələri elektron formada rəsmiləşdirilməli, əmək bildirişləri sistemində müqavilə qüvvəyə minmədən işçi tikinti ərazisində işə cəlb olunmamalıdır. Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda (on nəfər və ondan çox olan) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.



Tikintidə 475 nəfər qanunsuz işlədilib
Əmək müqaviləsi ilə işləyənlərin sayı artıb
Bakıda estetik əməliyyatlar edən klinika cəza aldı - SƏBƏB?
Nazirlikdən işəgötürənlərə XƏBƏRDARLIQ
Dövlət Əmək Müfəttişliyi Xidməti daha bir şirkəti cərimələyib
Əmək hüquqlarının pozulması halları ilə bağlı icraatlar başlanıb
Azərbaycanda şirkət rəhbəri cərimələndi
7 vəzifəli şəxs məsuliyyətə cəlb edildi
"ASAN xidmət"dən xəbərdarlıq: 100 min icazə ləğv oluna bilər
“Mənnur Tikinti” 20 min manat cərimələndi - SƏBƏB?
İşəgötürənin vəzifələri və məsuliyyəti artırıldı
Orduya gedənlərin maaşları və əmək müqavilələri qorunur - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 