ONN media milli.az -a istinadən bu günün qoroskopunu təqdim edir. Qoç - Çox uğurlu gündür. Başladığınız işlərin praktiki olaraq hamısını başa vura bilərsiniz. Peşəkar fəaliyyət sahəsində qeyri-standart və mürəkkəb problemlərin həlli ilə bağlı problemlər yaranmayacaq. Eksperimentlər aparmaq, qarşınıza qoyduğunuz məqsədə doğru fərqli yollar aramaq olar. Buğa - Hadisələrin təbii axarı aktivliyinizi müəyyənləşdirməlidir. İstənilən iş üçün münbit gün olduğundan şəraitdən maksimum yararlanın. Mümkün çətinlikləri əvvəlcədən təxminləmək üçün intuisiyanızı işə salın. Bilik və informasiya axtarışında, ünsiyyətdə sizi maraqlı hadisələr gözləyir. Əkizlər - İşdə rəhbərliklə münaqişə istisna deyil. Günün ikinci yarısında planlaşdırılmamış alış-verişdən, bədxərclikdən uzaq olun. Ən xırda və kiçik məsələlərdə belə, sayıq davranın. Sonradan acı təəssüf hissi yaradacaq yanlışlıqlara yol verməyin. Xərçəng - Baş verənlərə rəğmən sakit və təmkinli olun. Çətin olsa da, çalışın. Günün ortaları ən mürəkkəb zamandır. Emosiyaların əsirinə çevrilsəniz, işlər alt-üst olacaq. Aqressiv, davakar, qıcıqlı davranmayın. Belədə özünüz zərər görməklə yanaşı, yaxın ətrafınızdakı insanlar üçün də problem yaradacaqsınız. Şir - Asan və sadə gündür. Faydalı təmaslar qurmaq, yaxşı məsləhət verəcək və ya dəstək olacaq insanlarla tanış olmaq mümkündür. Yeni tanışların rəğbətini qazanmağa çalışın. Əks cins mənsubunun diqqətini cəlb edəcəksiniz. Qız - Uğur vəd edən gündür. Diqqətli olun, yeni təmayülləri izləyin. Fikir və təşəbbüslərinizin yaxın ətrafınızdakı insanlar tərəfindən qəbulu üçün təsirlərə əl atmayın. Yaşamınızda yeni imkanlar paradoksal şəkildə yarana bilər. Qüvvənizi mənasız işlərə sərf etməyin. Ən vacib məsələ ilə məşğul olun. Daxili gərginlik sizi yora bilər. Tərəzi - İşlərə yardımçı cəlb edin. Layihənizi reallaşdırmağa başlayın. Avadanlıq, texnika və mexanizmlərlə çalışarkən diqqətli olun. Rəqibləriniz mühüm məsələnin həllində axtarışlarda olanda siz onları üstələyə bilərsiniz. Əqrəb - Məqsədə çatmaq üçün yasaq metodlardan istifadə etməyin. Çətin olsa da, səbrli və müdrik davranın. Təsir edə bilmədiyiniz şərtləri müəyyənləşdirin, güzəştə ehtiyac yaranarsa, gecikməyin. Qalmaqallara meylli insanlardan uzaq durun. Pozitiv dəyişikliklər tərəfdaşın aktivliyi, onların yeni ideyaları və təşəbbüsü ilə bağlı ola bilər. Oxatan - Sizə faydalı ola biləcək insanlarla görüşün. Dostlarla ünsiyyətdə fayda var. Romantik münasibətlərdə məntiq az, iradlar çoxdur. Sevdiyiniz insanla münasibətlərinizi tarıma çəkməyin. Oğlaq - Adətən görmədiyiniz işlər sizi gözləyir. Ağır, çətin gündür. Dəyişiklik, problemlərdən qurtuluş istəyi yaranır. Gərginlik artır. Planlar sizdən asılı olmayaraq dəyişə bilər. Bütün əkslikləri adi, ənənəvi yollarla aradan qaldırmaq mümkün deyil. Mübahisə, əlavə iş istisna deyil. Dolça - Yaxın gələcəkdəki perspektivlər üçün fövqələdə dərəcədə mühüm gündür. Yaşanan saatlar istiqamətin dəyişməsi, kursun fərqli istiqamətə yönəlməsinə səbəb ola bilər. Bir işin xətrinə başqasından imtina edə bilərsiniz. Balıqlar - Dəqiq niyyətləriniz olmadan danışıqlar aparmayın. Planlar və ideyalar cazibədar təsir bağışlaya bilər. Lakin dəqiq hesab və ilkin hazırlıq olmalıdır. Başladığınız işlərdə, tələb və niyyətlərinizdə ifrata varmayın. İşgüzar münasibətləriniz və yaxın təmaslarınızın olduğu insanlarla sərt davranmayın.
Günün qoroskopu: Sizə faydalı ola biləcək insanlarla görüşün



Günün qoroskopu: qüvvənizi mənasız işlərə sərf etməyin
Günün qoroskopu: layihənizi reallaşdırmağa başlayın
Günün qoroskopu: bir işin xətrinə başqasından imtina edə bilərsiniz
Günün qoroskopu: yaxın ətrafınızdakı stress vəziyyətlərə reaksiya verin
Günün qoroskopu: səbrli və təmkinli olun
Günün qoroskopu: çətin problemlərin həlli üçün əlverişli zamandır
Günün qoroskopu: Aktiv olsanız, məqsədə çata bilərsiniz
Günün qoroskopu: enerjili, aktiv, qətiyyətli olun
Günün qoroskopu: Emosional fon mürəkkəbdir
Günün qoroskopu: Aktiv olsanız məqsədə çata bilərsiniz
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 