“Təzə pir” məscidində Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı ilə vida mərasimi keçirilib.
ONN media-nın məlumatına görə, vida mərasimində mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov, Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsud, mərhumun ailə üzvləri və başqa şəxslər iştirak ediblər.
Vida mərasimindən sonra G. Cabbarlı Yasamal qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, 1930-cu ildə anadan olan G. Cabbarlı 1953-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi işləyib. 1979-cu ildə C. Cabbarlının ev-muzeyinə direktor təyin olunub.
G. Cabbarlı fevralın 12-də dünyasını dəyişib.
Hazırda Cəfər Cabbarlının ev - muzeyinə Gülarə xanımın qızı Qəmər Bağırova rəhbərlik edir.



Cəfər Cabbarlının qızının nadir görüntüsü - Video
Cəfər Cabbarlının qızı vəfat etdi
Bu gün Cəfər Cabbarlının doğulduğu gündür
20 mart Cəfər Cabbarlının doğulduğu gündür
O gün olsun bir göy bayraq Turan üstə açılsın - CƏFƏR CABBARLI
“Solğun çiçəklər” əsərinin premyerası olub
Azərpaşa Nemətovu o əvəz etdi
Oqtay Əliyev ilə vida mərasimi keçirilir
Cəfər Cabbarlının nəvəsi vəfat etdi
Cəfər Cabbarlının 120 illiyi qeyd olunacaq
20 avqust Aydın Qaradağlının doğulduğu gündür
Cavanşir Məmmədovla vida mərasimi başa çatdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 