Unutmayaq, unutdurmayaq.
20 mart (1989-1934) – dramaturq, şair və nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, əməkdar incəsənət xadimi Cəfər Qafar oğlu Cabbarlının doğulduğu gündür. Cəfər Cabbarlı 1899-cu il martın 20-də Bakının 110 km-də yerləşən Xızı kəndində yoxsul bir kəndli ailəsində anadan olmuşdur. Cəfər Cabbarlı 1915-ci ildən lirik və satirik şeirlər, hekayə və dram əsərləri yazmağa başlamışdır. 1924-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinin tarix şöbəsində də təhsilini davam etdirmişdir. Cabbarlının yaradıcılığı 1915-1934-cü illər arasındakı iyirmi illik bir tarixi mərhələni əhatə edir. 1916-cı ildə qələmə aldığı “Nəsrəddin şah” C.Cabbarlının ilk tarixi pyesidir. Cəfər Cabbarlı 1917-ci ildə Osmanlı tarixinə dair “Ulduz və ya Trablis müharibəsi” və “Ədirnə fəthi” pyeslərini yazmışdır. Hər iki əsərin mövzusu türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizələrdən götürülmüşdür. Cəfər Cabbarlı “Trablis müharibəsi” tarixi faciəsi ilə Nuru Paşanı bədii ədəbiyyata gətirən ilk azərbaycanlı dramaturqdur. Yazıçının “Bakı müharibəsi” əsərində 1918-ci ilin martında Bakıda baş verən qanlı hadisələr, erməni daşnaqlarının azərbaycanlılara qarşı etdiyi zülmlər təsvir olunur, başda Nuru Paşa olmaqla qəhrəman xilaskar türk ordusunun şəhəri erməni vəhşilərindən xilas etməsindən danışılırdı. C.Cabbarlının 1920-1923-cü illərdəki ədəbi fəaliyyətinin nəticəsi “Aydın” (1919) və “Oqtay Eloğlu” (1921) pyesləri olub. 1923-cü ildən başlayaraq C.Cabbarlı “Qız qalası” adlı əfsanəvi poemasını “Maarif və Mədəniyyət” jurnalında dərc etdirmişdir. “Qız qalası” 1922-1923-cü illərdə yazılmışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bir müddət dram yaradıcılığına fasilə verən yazıçı 1927-ci ildə “Sevil” əsərini yazmışdır. Əsər qadın azadlığı mövzusuna həsr olunmuşdur. 1928-ci ildə “Sevil”in tamaşaya qoyulması ilə sanki Şərq qadınlarının azadlığı üçün bir yol açıldı. C.Cabbarlının 1930-cu illər dram yaradıcılığı “Almaz” pyesi ilə başlayıb. 1931-ci ildə C.Cabbarlı “1905-ci ildə” pyesini tamamlayıb teatra vermişdir. Əsər xalqlar dostluğundan bəhs edir. Cəfər Cabbarlı 31 dekabr 1934-cü ildə vəfat edib. Allah rəhmət eləsin.



Bu gün Cəfər Cabbarlının doğulduğu gündür
O gün olsun bir göy bayraq Turan üstə açılsın - CƏFƏR CABBARLI
Cəfər Cabbarlının qızının nadir görüntüsü - Video
Cəfər Cabbarlının qızı ilə vida mərasimi keçirilib
Cəfər Cabbarlının qızı vəfat etdi
5 aprel Asəf Zeynallının doğulduğu gündür
“Solğun çiçəklər” əsərinin premyerası olub
Cəfər Cabbarlının nəvəsi vəfat etdi
Bu gün Asəf Zeynallının vəfat etdiyi gündür
27 OKTYABR ASƏF ZEYNALLININ VƏFAT ETDİYİ GÜNDÜR
Cəfər Cabbarlının 120 illiyi qeyd olunacaq
Cəfər Cabbarlının əsərləri türk dilində
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 