Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarının layihəsində yaradanın, səmavi kitabların, planet adlarının, mifonimlərin böyük hərflə yazılması təklif olunur.
ONN media APA-ya istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanan Azərbaycan dilinin orfoqrafiya qaydalarının layihəsində yaradanın və səmavi kitabların adları - Allah, Rəbb, Tanrı, Bibliya, Əhdi-cədid, Əhdi-ətiq, İncil, Qurani-kərim, Tövrat, Zəbur və s., planet adları, mifonimlər - Ay, Günəş, Ülkər; Afrodita, Herakl, Zevs və s. böyük hərflə verilir.
Layihədə təklif olunur ki, tərkibində şöbə, lisey, gimnaziya, vəqf, məktəb sözləri olan mürəkkəb adlarda ilk söz böyük, sonrakı sözlər kiçik hərflə yazılsın. Məsələn, Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər gimnaziyası, Humanitar siyasət məsələləri şöbəsi, Uşaq-gənclər şahmat məktəbi və s.
Qeyd edək ki, Azərbaycan dilinin 69 maddədən ibarət orfoqrafiya qaydaları hazırlanıb. Qaydalar Orfoqrafiya Komissiyasının iclasında müzakirə edildikdən sonra təsdiq üçün Nazirlər Kabinetinə təqdim ediləcək.



Bu sözlərin yazılışı DƏYİŞDİ - SİYAHI
Yeni orfoqrafiya lüğətinə 4000 yeni söz daxil edilib
Yeni lüğətdə bu sözlərin belə yazılması TƏKLİF OLUNUR
“Əsgər” sözü “əskər”, “alqı-satqı” isə “alğı-satqı” kimi yazılacaq - RƏSMİ
Bu sözlərin yazılış qaydası DƏYİŞDİRİLİR
Orfoqrafiya lüğətinin siqnal nüsxəsi çapdan çıxdı
Sədr müavini: "Yeni qaydalarla bağlı yekun qərar..."
Orfoqrafiya müzakirələri dayandırıldı
Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları hazırlanıb
Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinə 6 min söz əlavə edildi
Azərbaycanın ən yaxşı məktəblərinin adları açıqlanıb - SİYAHI
“Müasir Azərbaycan dilinin qrammatikasını yaratmağa ehtiyac var” - AKADEMİK
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 